hemle

AZTV-NİN 50 ƏMƏKDAŞI KORONAVİRUSA YOLUXUB? – TELEVİZİYADAN AÇIQLAMA

Tarix:25-06-2020, 18:48
Baxış Sayı:362

hemlemedia.az saytı ONN medya agentliyinin məlumatına istinadən yazır.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) 50-dən çox əməkdaşının koronavirusa yoluxması ilə bağlı məlumat yayılıb. Yoluxanlar arasında sədr müavini Rafiq Həşimovun, AzTV-nin Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud və Ülfət Rəhimovanın da olduğu bildirilir. Yoluxmanın geniş yayılmasına səbəb kimi AzTV-nin operatorlarından birinin koronavirusa yoluxduqdan sonra karantinə alınıb, ancaq onunla ünsiyyətdə olan şəxsləri karantinə almamaları göstərilir. Bundan əlavə telekanalda prorektorlarla, sədr müavini ilə yanaşı aparıcıların, texniki işçilərin də yoluxduğu barədə məlumat var.

Yayılan məlumatlara rəsmi mövqe öyrənmək üçün “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) ilə əlaqə saxladıq.

Məsələ ilə bağlı danışan AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva telekanalın 50-dən çox əməkdaşının koronavirusa yoluxması ilə bağlı yayılan məlumatları təkzib etdi. O bildirdi ki, Teleradio Akademiyasının prorektorları Ülfət Rəhimova və Almaz Mahmud iyunun əvvəlində virusa yoluxub:

“Məlumat düzgün deyil. Ülfət və Almaz xanım ayın əvvəlində virusa yoluxub. Onlar artıq müalicə alırlar. Vəziyyətləri də yaxşılaşıb. Rafiq Həşimovun, məşhur aparıcı, diktorların və digər 50 nəfərin virusa yoluxması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Şirkətdə iyunun əvvəlində rəsmi olaraq virusa yoluxan 6 nəfər idi. Ondan sonra virusa yoluxma faktı aşkarlanmayıb. Hazırda da yoxdur.

N.Rəfiyeva şirkət daxilində bütün əməkdaşların verilən qaydalara və tələblərə əməl etdiyini bildirdi, yayılan məlumatları isə əsassız və mənbəsiz adlandırdı:

Azərbaycanda daha 547 nəfər virusa yoluxdu: ÖLƏNLƏR VAR
Azərbaycanda daha 547 nəfər virusa yoluxdu: ÖLƏNLƏR VAR
“Şirkətə maskasız girmək və içəridə maskasız gəzmək belə qadağandır. Yoluxma faktından sonra da yoxlanılıb. Əməkdaşlarımızdan virusa yoluxan yoxdur. Telekanalın binası hər gün dezinfeksiya olunur. Antibakterial dezinfeksiyaedici maddələr şirkətin hər yerində var. Bu məlumatlar və fikirlər haradan yaranıb bilmirəm. Bunlar həqiqəti əks etdirmir. Bizdə ümumiyyətlə, bir qədər temeperaturu yüksək olan əməkdaşlar telekanalın binasına buraxılmır. Girişdə onlar yoxlanılır. Hamı özünü qorumağa çalışır. Biz özümüz-özümüzü ilk növbədə düşünürük. Buradakı insanlar da özünü qoruyur. Yəni virusa yoluxma faktı yoxdur. Hamı prorektorları məşhur aparıcı və tanınmış olduqları üçün soruşur”.

Şöbə rəisi 50-dən çox əməkdaşın virusa yoluxması səbəbilə şirkətin karantinə alınacağı və fəaliyyətini dayandıracağı ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirərək bildirdi ki, telekanal hazırda iş fəaliyyətini tam şəkildə, əvvəlki vəziyyətdə davam etdirir və belə bir qərar yoxdur.
hemlemedia.az

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR