hemle

ATV-NİN BÜTÜN ƏMƏKDAŞLARI KARANTİNƏ ALINIB?

Tarix:20-05-2020, 16:01
Baxış Sayı:413

Azad Azərbaycan” televiziyasının bütün əməkdaşlarının karantinə alınması barədə yayılan xəbərlər şayiədir.

ONN media xəbər verir ki, bunu ATV-nin icraçı direktoru İsmayıl Həsənov deyib. O bildirib ki, hazırda iki əməkdaş karantindədir:

“ATV -nin iki əməkdaşının koronavirusla bağlı testinin ilkin nəticəsi pozitiv olub. Onlar hazırda karantindədirlər. İndi ikinci testin nəticəsini gözləyirik. İnşallah ki, bir həftəyə bu testin nəticələri çıxacaq və cavab neqativ olacaq. Bütün əməkdaşların karantinə alınması isə şayiədir. Həmin əməkdaşlarla ünsiyyətdə olan kollektiv üzvləri testdən keçiriləcək”.

Qeyd edək ki, virusa yoluxan ATV-nin Xəbərlər Departamentinin əməkdaşı Mahmud Rövşənoğludur.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ