hemle

BAKI TİKİŞ EVİNDƏ İŞÇİLƏR KORONAVİRUSA BELƏ YOLUXUB- RƏSMİ

Tarix:16-05-2020, 15:52
Baxış Sayı:437

Bakı Tikiş Evi” (BTE) hazırda işləmir və nə zaman açılacağı barədə məlumatlı deyiləm.

ONN media xəbər verir ki, bu barədə Azvision.az -a açıqlamasında BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov deyib.

BTE rəsmisi 64 işçinin koronavirusa yoluxmasına aydınlıq gətirərək bildirib: “Bir nəfər həkim koronavirusa yoluxub, həmin həkim bizim işçimiz olan anasını yoluxdurub və beləliklə işçilər arasında yoluxma baş verib. Koronavirusa yoluxan işçilərimiz karantinə yerləşdirilib və tezliklə hamısı evə buraxılacaq. Hazırda fabrik işləmir”.

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı “Bakı Tikiş Evi”ndə 64 nəfərin, “Baku Steel Company”də isə 48 nəfərin koronavirusa yoluxduğunu bildirib.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı