hemle

AZƏRBAYCANDA KORONAVİRUSLA BAĞLI SON VƏZİYYƏT AÇIQLANDI — RƏSMİ

Tarix:30-04-2020, 21:54
Baxış Sayı:389

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 30-na olan statistik göstəriciləri açıqlayıb.

ONN media xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 700 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 143 079 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub, 58 nəfər müalicə olunaraq sağalıb, daha bir nəfər isə vəfat edib. Ölkədə indiyədək ümumilikdə koronavirusa 1 804 yoluxma aşkarlanıb. Onlardan 1 325-i sağalıb, 24-ü ölüb. Hazırda aktiv xəstə sayı 455-dir.

Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 24 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı