hemle

SON DƏQİQƏ: AZTV-NİN İLK XANIM DİKTORU VƏFAT ETDİ – BU GÜN DƏFN EDİLƏCƏK

Tarix:8-05-2020, 19:44
Baxış Sayı:693

Azərbaycanın tanınmış aktrisası, diktor və mədəniyyət xadimi, mərhum Tamara Gözəlova bu gün dəfn olunacaq.

Bu barədə onun oğlu Vasif Ağamirov məlumat verib.

O bildirib ki, T.Gözəlova Əhmədli kənd qəbiristanlığında torpağa tapşırılacaq.

“Hazırda dəfn mərasimi başlayıb. Dəfn mərasimində isə kənar şəxslər yoxdur, ancaq öz ailə üzvlərimiz iştirak edir”, – deyə V.Ağamirov deyib.

Qeyd edək ki, T.Gözəlova mayın 8-i günorta saatlarında uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.

Xatırladaq ki, T.Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, Içərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. Elə həmin ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb.

1956-59-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub.

Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında “Məşədi İbad” adı ilə məşhurlaşan “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.(Report)

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR