hemle

Bakı sakinini şantaj edən iki nəfər həbs edildi

Tarix:18-05-2020, 09:43
Baxış Sayı:413

Bakının Xətai rayonunda vətəndaşa hədə-qorxu gələrək onun əmlakını ələ keçirməkdə şübhəli bilinən iki nəfər həbs edilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakinləri – Ramil Tofiq oğlu Fətəliyev və Əli Ərəstun oğlu Hacıyev cinayət başında yaxalanıblar.
Onlar rayon ərazisində bir nəfəri şantaj edərək xeyli miqdarda pullarını alıblar.
İstintaq orqanı tərəfindən Ramil Fətəliyev və Əli Hacıyevin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.
İstintaq davam edir.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı