hemle

TƏCİLİ – TAVUŞDA POSTLAR QURULUR: YÜZLƏRLƏ YARALI VAR, ERMƏNİLƏR VAHİMƏ İÇİNDƏ…

Tarix:14-07-2020, 18:44
Baxış Sayı:1 687

Azərbaycan Ordusunun işğalçı ölkənin hərbi birləşmələrinə endirdiyi ağır zərbələr ermənilərin təşvişinə səbəb olub.

ATESH,AZ saytı ONN media agentliyinə iatinadən xəbər verir ki, Tavuş vilayətindən olan ermənilər evlərini təcili şəkildə tərk edirlər.

Ermənistan mediası yazır ki, Tavuş vilayətinin Berd şəhərinin giriş-çıxışına polis postları qurulub.

Polis əhalinin şəhərdən çıxışına imkan vermir. O cümlədən, bölgəyə giriş də qadağan olunub. Buna səbəb Tavuşda xidmət edən əsgərlərin yaxınlarının əraziyə axışması, eləcə də jurnalist və sosial şəbəkə fəallarının itkiləri öyrənmək üçün bölgəyə gəlməsidir.

“Hetq” saytının müxbirləri bildirir ki, polis onların Tavuş bölgəsinə girişinə imkan vermir. Jurnalistlər Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aharonyana zəng edərək, məsələni öyrənmək istəyiblər.

“Boş yerə getməyin, Müdafiə Nazirliyi mediaya açıqlama verib, orada hər şey qeyd olunub” – Aharonyan bildirib.

Erməni jurnalistlər təcili tibbi yardım maşınlarının Tavuşa sürətlə daxil olduğunu, daha sonra eyni sürətlə çıxdığını yazırlar. Məlumatlara görə, yaralıların bir qismi yaxın ərazilərdəki hospitallara aparılır.

Azərbaycan Ordusunun vurduğu zərbələr nəticəsində yüzlərlə erməni hərbçi məhv olub. Ermənistan tərəfi məhv edilən iki hərbçinin – mayor və kapitan – adını açıqlasa da, ermənilər itkilərin çoxsaylı olduğunu yazırlar.

ATESH,AZ

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ