hemle

Çeçenlərlə ərəblərin toqquşduğu bölgəyə əlavə polis qüvvəsi yeridildi

Tarix:16-06-2020, 15:08
Baxış Sayı:394

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Fransa DİN-in rəhbəri Kristof Kastaner məlumat verib.

Nazir bildirib ki, Dijon şəhərində ictimai asayişin pozulması və qorxu şəraitinin yaradılması yolverilməzdir və sərt reaksiya tələb edir.

Asayişin bərpa olunması üçün şəhərə əlavə təhlükəsizlik qüvvələri yeridilib.

Qeyd edək ki, ötən gün əllərində bıçaq, vintaçan və beyzbol taxtaları olan onlarla şəxs Dijon şəhərinin mərkəzində yerləşən qəlyanxanaya hücum edib.

Qəzəbli kütləni dağıtmaq üçün hadisə yerinə gələn polis dəstələri gözyaşardıcı qazdan istifadə etməli olub.

İlkin araşdırma nəticəsində məlum olub ki, Çeçenistan əsilli gəncin ərəblər tərəfindən döyülməsindən sonra qarşı tərəf qisas almaq qərarına gəlib.

Toqquşma nəticəsində 10 nəfər xəsarət alıb.

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq