hemle

DƏHŞƏT- QADININ BOĞAZI KƏSİLDİ

Tarix:23-05-2020, 16:24
Baxış Sayı:414

Bakının Binəqədirayonunda son iki gündə ikinci cinayət hadisəsi törədilib. Bu dəfə də qurban qadın olub.

ONN media xəbər verir ki, cinayət mayın 22-də, saat 14:00 radələrində Biləcəri qəsəbəsində yerləşən fərdi evdə baş verib. Burada yaşayan 1952-ci il təvəllüdlü Əlixan Zeynalov 1956-cı il təvəllüdlü həyat yoldaşı Xanım Zeynalovanın boğazını kəsib, sonra polisə gedərək, törətdiyi əməli etiraf edib.

Məlum olub ki, o, ümumilikdə qadına dörd bıçaq zərbəsi vurub. İlkin dindirmə zamanı tutulan şəxs qətli qısqanclıq zəminində törətdiyini bildirib. Ancaq cinayətin ər-arvad arasında ümumi əmlak səbəbindən yaranan münaqişəyə görə baş verdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.

Qeyd edək ki, mayın 21-də Cavadxan küçəsindəki 1 nömrəli evin liftində 1977-ci il təvəllüdlü Hafiz Əsgərov 1980-ci il təvəllüdlü həyat yoldaşı Könül Əsgərovaya 48 bıçaq zərbəsi vurub və onun boğazını kəsib.

Təqsirləndirilən şəxs bu barədə polisə etiraf edib.

İlkin araşdırma zamanı ağır cinayətin qısqanclıq zəminində törədildiyi məlum olub

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ