hemle

Arvadının başqası ilə görüşdüyünü düşündü, iş yerinə gəldi və... - Bakıda ŞOK HADİSƏ

Tarix:19-05-2020, 17:10
Baxış Sayı:526

Bakıda arvadını qısqanclıq zəminində öldürməyə cəhddə təqsirli bilinən Füzuli rayon sakini, 1984-cü il təvəllüdlü Sənan Seyidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Sənan Seyidov uzun müddət qeyri-rəsmi ər-arvad münasibətində olduğu Rəna İsayevanın son zamanlarda ona qarşı soyuq münasibət bəsləməsinə görə başqa kişilərlə görüşməsindən şübhələnib.

Xəyanət mübahisəsi

Sənan Seyidov Rəna İsayevanın ona xəyanət etməsi qənaətinə gəlib. O, sonuncunu qısqanclıq niyyəti ilə qisas alaraq öldürmək qərarına gəlib.

Bu niyyətini həyata keçirmək üçün Sənan Seyidov 26 fevral 2019-cu il tarixdə, saat 14.30-da Rəna İsayevanın işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən bazara gəlib. Oradakı mağazaların birindən bıçaq alıb və əvvəlcə Rəna İsayevanın istifadəsində olan mobil telefona zəng edib.

Sənan Seyidov Rəna İsayevanın ona qarşı soyuq münasibət göstərməsinin səbəblərini soruşub, sonuncunu digər kişilərlə görüşdüyünü bildirib.

Mağazada qanlı dava

Bu səbəbdən aralarında yaranmış mübahisədən sonra saat 15 radələrində Rəna İsayeva işlədiyi mağazaya daxil olub. O, üzərində olan mətbəx bıçağı ilə Rəna İsayevanın bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi vurub. Həmin vaxt bıçağın tiyəsi sınaraq Rəna İsayevanın bədənində qalıb.

Bu zaman mağazanın icarədarı Sənan Seyidovu aralayıb. Mağazanı işlədən şəxs Rəna İsayevanı təcili olaraq xəstəxanaya çatdırıb. Ona ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunub.

Qətli başa çatdıra bilmədi

İstintaq orqanı tərəfindən Sənan Seyidovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Seyidov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Sənan Seyidov apelyasiya şikayəti verib. O, faktiki ər-arvad münasibətlərində olduğu Rəna İsayevanı öldürmək niyyəti olmayıb. Onun sözlərinə görə, yalnız Rəşa İsayevanı qorxutmaqla işdən çıxmasına nail olmaqdan ötrü bıçaqla onu vurub.

Hökmdən narazılıq

Sənan Seyidov əməlində qəsdən sağlamlığa ağır zərər vurma cinayətini nəzərdə tutan Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin tərkibi olduğuni qeyd edib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Sənan Seyidov qeyd edib ki, cinayət hadisəsini törədəndən sonra polisə gəlib və könüllü təsilim olub, təqsirini boynuna alıb. O, əməlindən səmimi peşman olduğunu qeyd edib.

Şikayətləri rədd edildi

Sənan Seyidovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Kamran Əkbərovun sədrliyi ilə baş tutan iclasda Sənan Seyidovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda onun şikayətinin təmin olunmaması barədə qərar qəbul edilib.

Bu qərardan narazı qalan Sənan Seyidov Ali Məhkəməyə kasasiya şikayəti göndərib. Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan iclasda Sənan Seyidovun kasasiya şikayəti də təmin olunmayıb.


Sonxeber.az

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı