hemle

“Göygölün icra başçısı “pulunuz yoxdursa, ev yoxdur” deyir” – Şəhid ailəsinin şikayəti

Tarix:11-05-2020, 20:07
Baxış Sayı:490

Ölkə Prezidentinə müraciət edən Göygöl rayon Firuzabad qəsəbəsi sakini Cabbarov Mirhəbib Oktay oğlu rayonun icra başçısı Arif Seyidovun şəhid ailəsinə qarşı haqsız və qərəzli münasibətindən şikayətlənir.

“Atam Cabbarov Oktay 1994-cü ildə Ağdamın Güllücə kəndində şəhid olub. Lakin təəssüflər olsun ki, Göygöl rayonunun icra başçısı Arif Seyidov bizim ailəmizə dəyər vermir, hörmət qoymur. Biz ailəlikcə – anam, qardaşım və mən dəfələrlə problemlərimizlə bağlı Arif Seyidovun və Göygölün kuratoru olan Arif müəllimin qəbulunda olmuşuq. Bu iki şəxs bizim şikayətlərə baxmırlar. Məktub göndəririk, lakin gəlib Sizə çatmır. Çünki rayonumuzun kuratoru Arif müəllim həmin məktubları cırıb atır”, şikayətçi yazır.

M.Cabbarov qeyd edir ki, Arif Seyidovla bağlı yuxarı instansiyalara şikayət etdikləri üçün icra başçısı ailəyə qarşı daha da pis münasibət göstərməyə, onları təhqir etməyə başlayıb: “Arif Seyidovun müavinləri dəfələrlə qapımıza gələrək, Sizə şikayət göndərdiyimizə görə bizləri təhqir ediblər. Hal-hazırda yaşadığımız ev başımıza uçur. Şəhid ailəsi olaraq bizə düşməli olan evi Arif Seyidov bizə vermir. Bizə “pulunuz yoxdursa ev də yoxdur” deyir. Biz – iki şəhid oğlu bir evdə qalmışıq.

Torpaq istəyirik ki, heç olmasa əkib-becərək, dolanaq, onu da vermir. Yaşadığım qəsəbədə hektarlarla boş torpaq var. Lakin Arif Seyidov onu “görənlərə” yol kənarlarında, yaxşı yerlərdən obyektlər tikməyə torpaq tapa bilir. Torpaq uğrunda şəhid olan atamın ailəsinə isə torpaq yoxdur.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı