hemle

Allah şəfa versin....Azərbaycanda bir neçə icra başçısı xəstəxanaya yerləşdirildi

Tarix:9-05-2020, 23:17
Baxış Sayı:675

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rüşvət və korrupsiyaya bulaşan icra başçılarını bir-birinin ardınca həbs etməsi yerli İcra hakimiyyətlərinin rəhbərlərini təşvişə salıb.

Editor.az modern.az-a istinadən xəbərinə görə, məlumatda bildirilib ki, DTX-nın icra başçılarına yönəlik əməliyyatları davam edəcək və yaxın vaxtlarda daha bir neçə qalmqallı həbsin şahidi olacağıq.

Bu aralar bəzi icra başçıları DTX əməkdaşlarının hər an qapıda görünə biləcəyi qorxusundan başını itirib. Hətta özünəməxsus çıxış yolu fikirləşənlər də var.
Məsələn, 90-cı illərin sonlarından indiyə kimi icra başçısı işləyən məmurlardan biri özünü xəstəliyə vurub. Tabeliyindəki işçilərə özünü yaxşı hiss etmədiyini söyləyən həmin məmurun hətta xəstəxanaya yerləşdiyi də bildirilir. Onun bu yolla ara sakitləşənə kimi özünü sığortalamaq istədiyi söylənilir.

Xatırladaq ki, bu ilin əvvəlindən bəri 5 icra başçısı həbs olunub: Ağstafanın icra başçısı Nizaməddin Quliyev, Yevlaxın icra başçısı Qoca Səmədov, Neftçalanın icra başçı İsmayıl Vəliyev, Biləsuvarın icra başçısı Mahir Quliyev və İmişlinin icra başçısı Vilyam Hacıyev…

Digər xəbərlər
15:20 Bu ölkədə qurban kəsmək qadağan olundu: Çünki...
15:11 Ermənistan arxivindən hansı materiallar Azərbaycana verilib? - Sensasion DETALLAR
15:01 Gədəbəydə başına torba keçirilən qadın öldü - Rəsmi açıqlama
10:07 Üç il əvvəl danışıqları bu iki ölkə pozub: Kiyev sülh şansını itirib - Şok iddia
09:13 Baku Piano Festival 2025 gəlir
09:04 Kart oğurluğu “OFFLINE”da olur! - XƏBƏRDARLIQ
08:49 Uşaqlara verilməməsi tövsiyə olunan qidalar – Valideynlərə mühüm xəbərdarlıq
08:34 Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı