hemle

26 APREL MİRƏLİ SEYİDOVUN VƏFAT ETDİYİ GÜNDÜR

Tarix:26-04-2020, 15:29
Baxış Sayı:534

Unutmayaq, unutdurmayaq!

26 aprel (05.05.1918 – 26.04.1992) Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor,
Azərbaycanın Əməkdar elm xadimi, Azərbaycan milli yaradıcılıq akademiyasının müxbir üzvü, Azərbaycanda mifologiya məktəbinin əsasını qoymuş və inkişaf etdirmiş Seyidov Mirəli Mir Ələkbər oğlunun vəfat etdiyi gündür.

Mirəli Seyidov 1918-ci il may ayının 5-də Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub. Qədim Türk yurdu İrəvanda ibtidai məktəbi, sonra Bakıda Hidromeliorasiya texnikumunu bitirmişdi. Ali təhsilini İrəvan Pedoqoji İnstitutunun Azərbaycan bölməsində və Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində alan Mirəli Seyidov təhsilini başa vuran kimi Bakıya gəlmiş, Ədəbiyyat Muzeyində şöbə müdiri, sonralar Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır.

Mirəli Seyidov qədim türk abidələrininn öyrənilməsi yolu ilə ilkin türk mifologiyasının meydana çıxması haqqında dəyərli fikirlər söyləmiş, onu elm kimi sistemləşdirmişdir. Böyük alim türk xalqlarına aid mifoloji onqonları, tanrıları və inamları öyrənərək türk xalqlarının mifoloji-fəlsəfi, bədii təfəkkür aləminin inkişaf edib gəldiyi mürəkkəb yolları aydınlaşdırmağa müvəffəq olmuşdur.

Mirəli Seyidov 26 aprel 1992-ci ildə Bakı şəhərində vəfat etmişdi.

Allah rəhmət eləsin. Ruhu şad olsun.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam
11:03 Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlandı
10:42 Trampın nümayəndəsindən qurxunc təklif - Ukrayna 3 yerə bölünsün
10:39 Tələb çox, say az: Bakıda evlərin bahalaşması qaçılmazdır
10:33 Yeni DƏLƏDUZLUQ: Xəbəriniz olmadan adınıza necə kredit götürürlər?
10:30 "Crocus"dakı terror aktının dəhşətli TƏFƏRRÜATI: Təkcə odlu silahdan istifadə edilməyib
10:23 Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutuldu
10:20 Bakı əhalisi üçün həyəcan anonsu