hemle

Dağıstanda nə baş verib?

Tarix:16-06-2020, 14:03
Baxış Sayı:494

Rusiya ilə Azərbaycanın sərhəddində, Dağıstanda toplaşan azərbaycanlılarla polis rasında gərginlik yaşanıb.

"BakuPost"un məlumatına görə, ötən gün sərhəddəki, Kullar kəndi yaxınlığındakı müvəqqəti yerləşmə məntəqəsindəki Azərbaycan vətəndaşları ilə polis arasında toqquşma olub. Rusiya mətbuatının yazdığına görə, məntəqədəki Azərbaycan vətəndaşları polisə hücum ediblər, maşınlara maddi ziyan vurublar. "Onlar öz ölkələrinə qayıda bilməmələrinə etiraz ediblər. Bundan sonra hadisə yerinə əlavə qüvvələr cəlb edilib. İndi hər şey yaxşıdır, ara sakitləşib".

Dərbənd rayonunun rəhbəri vəzifələrini icra edən Fuad Şıxıyevin sözlərinə görə, onlar hamını buraxılış məntəqəsindən buraxılmasını tələb edirlər. "Hadisə yerinə əlavə qüvvələr cəlb edilib. İlkin məlumata görə, gərginliyi yaradanlar saxlanılıblar".

Şəhər nümayəndəsinin məlumatına görə, Azərbaycan nümayəndələri ilə görüş küçiriləcək, yaranmış vəziyyət müzakirə ediləcək.
Xatırladaq ki, iki ölkə arasında sərhədlər koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə iki ay öncə bağlanılıb. Müvəqqəti məntəqədə 800-ə yaxın adam var. Sərhəddə qalan vətəndaşlar müntəzəm olaraq sıra ilə ölkəyə gətirilirlər.

Son məlumata görə, qarşıdurma zamanı 6 nəfər yaralanıb.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...