hemle

Adana səhəri partlayışla açdı: 2 ölü, 21 yaralı

Tarix:24-11-2016, 16:04
Baxış Sayı:741

hemlemedia.az TTV.az-a istinadən bildiriki, Türkiyənin Adana vilayətində partlayış baş verib. Hadisə Valiliyin inzibati binasının qarşısında qeydə alınıb. Rəsmilərin məlumatına görə, 2 nəfər ölüb, 21-i isə yaralanıb. Ölü sayının artacağı istisna edilmir. Həmçinin avtomobil dayanacağındakı çox sayda maşın yanıb.

Əraziyə təcili tibbi yardım briqadaları və təhlükəsizlik qüvvələrinin əməkdaşları cəlb edilib. Partlayışın avtomobilə yerləşdirilən bombanın işə salınması nəticəsində törədildiyi bildirilib. Hadisənin terror aktı olduğu ehtimalı var. Bəzi mənbələrin məlumatına görə, hücumu qadın terrorçu təşkil edib.

Bu arada şəhərdə PKK və Fətullahçı terrorçularına qarşı əməliyyat keçirilib. 10 PKK yaraqlısı həbs edilib və 16 Fətullahçı saxlanılıb. Onlar sağlamlıq nəzarətindən sonra ədliyyəyə aparılıb. Şübhəlilərin gizli yazışma proqramı “ByLock”dan istifadə etdikləri məlum olub.

PKK terror təşkilatına qarşı keçirilən anti-terror əməliyyatları səbəbindən Diyarbəkir vilayətinin 9 məhəlləsində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Ərazidə yaşayan sakinlərə diqqətli olmaları bildirilib

Digər xəbərlər
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək