hemle

BAKIDA İNANILMAZ OLAY: POLİS MAŞININDA UŞAQ DÜNYAYA GƏTİRDİ – EKSKLÜZİV

Tarix:7-06-2020, 15:55
Baxış Sayı:476

Bu gün sərtləşdirilmiş karantin dövrü şəraitində Bakıda qeyri-adi hadisə baş verib.

ONN media xəbər verir ki, paytaxt ərazisində 9 aylıq hamilə qadının xəstəxanaya çatdırılması ilə bağlı təcili tibbi yardıma müraciət edilib. Ailə üzvləri eyni zamanda qadını xəstəxanaya çatdırmaq üçün polisə də müraciət ediblər. Hadisə yerinə ilk gələn Bakı şəhər Dövlət Yol Poisi İdarəsinin inspektoru xidməti “BMW” markalı atomobillə qadını xəstəxanaya aparıb. Lakin yolda olarkən təbii doğuş baş tutub və qadın avtomobildə övladını dünyaya gətirib. DYP əməkdaşı qadını və yeni doğulmuş körpəni xəstəxanaya çatdırıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov faktı təsdiq edib. O bildirib ki, son 2 gündə bu tip hadisələrə rast gəlinir: “Dünən və bu gün əməkdaşlarımız 20-yə yaxın insanın həyatını xilas ediblər və ya çox təcili şəraitdə xəstəxanalara çatdırıblar. Bu gün baş verən hadisədə də ana və yeni doğulan körpəsi sağ-salamat təbbi heyətə təhvil verilib. Onların həyatına hər hansı təhlükə yoxdur”.(publika.az)

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı