hemle

Rusiyada Azərbaycan vətəndaşları arasında koronavirus aşkarlanıb

Tarix:13-04-2020, 16:17
Baxış Sayı:378

Rusiyada Azərbaycan vətəndaşları arasında koronavirusa yoluxma halları qeydə alınıb.
Turkustan.info bildirir ki, bu barədə APA-nın Moskva müxbirinə Moskvadakı Azərbaycan İcmasının sədri Şamil Tağıyev məlumat verib.
Onun sözlərinə görə, İcmaya indiyə kimi Moskva yaşayan iki ailə müraciət edib: “Onlar koronavirusa ailəlikcə yoluxduqlarını söyləyiblər. Hazırda Moskvada COVİD-19 virusuna yoluxmuş 10-dan çox Azərbaycan vətəndaşı var. Dünən də bir azərbaycanlı gəncin koronavirusa yoluxması haqqında məlumat daxil olub. Onun xəstəxanaya yerləşdirildiyi bildirilib”, deyə Ş.Tağıyev qeyd edib.
Diaspor sədri İcmaya müraciət edənlərə müvafiq yardımın göstərildiyini və onların Azərbaycanın Rusiyadakı Səfirliyinin qaynar xəttinə yönləndirildiyini də vurğulayıb.
Ş. Tağıyev Rusiyada indiyə kimi bir azərbaycanlının koronavirusdan öldüyünü bildirib: “COVİD-19-a virusuna yoluxmuş həmyerlimiz olan 50-60 yaşlarında qadın Moskva xəstəxanalarının birində vəfat edib. Həyatını itirən qadın əslən azərbaycanlı olan Rusiya vətəndaşıdır. O, müalicə aldığı xəstəxanada keçinib. Azərbaycanlı qadının cəsədi ailəsinə təhvil verilməyib. Bildiriblər ki, meyit karantin bitəndən sonra təhvil veriləcək”.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı