hemle

İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı

Tarix:16-04-2025, 18:19
Baxış Sayı:433

Hind Okeanında yerləşən məşhur turizm məkanı olan Maldiv adaları İsrail vətəndaşlarının ölkəyə girişini qadağan edib.

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu İsrail pasportuna sahib olan şəxslərin ölkəyə daxil olmasını yasaqlayan qanun layihəsini təsdiqləyib.

Fələstinlə həmrəyliyin nümayişi

Prezident Administrasiyası tərəfindən verilən açıqlamada bildirilib: "Bu qərar İsrailin Fələstin xalqına qarşı davam etdirdiyi vəhşilik və soyqırımı əməllərinə cavab olaraq hökumətin sərgilədiyi qəti mövqeni əks etdirir. Maldiv hökuməti Fələstin məsələsindəki prinsipial dəstəyini və Fələstin xalqının hüquqlarının qorunmasına olan sadiqliyini bir daha təsdiqləyir. Maldiv beynəlxalq hüquq normalarının pozulmasına görə cavabdehliyə çağırmaqda və İsrailin hərəkətlərini beynəlxalq platformalarda pisləməkdə davam edəcək."

1967-ci il sərhədlərinə diqqət

Açıqlamada əlavə olunub ki, Prezident Muizzu Maldiv Respublikasının mövqeyini dəfələrlə bəyan edib: Maldiv BMT qətnamələri və beynəlxalq hüquq normalarına əsaslanaraq paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədləri daxilində müstəqil və suveren Fələstin dövlətinin yaradılmasına prinsipial dəstək verir.

Məlumata görə, qadağa dərhal qüvvəyə minib. Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi ötən il İsrail vətəndaşlarını Maldivlərə səyahət etməmələri barədə xəbərdar etmişdi.

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi