hemle

Bu rayonlara da giriş-çıxış qadağası gəldi, polis və hərbi postlar qurulur - VİDEO

Tarix:11-06-2020, 20:55
Baxış Sayı:467

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bu həftə sonunda 2 günlük sərt karantin rejiminin tətbiq edildiyi bölgələrin siyahısı genişlənib.

İxa.az xəbər verir ki, Yevlax, İsmayıllı, Salyan Və Kürdəmirdə də koronavirusa yoluxma sayı artdığından sərt karantin rejimi tətbiq olunacaq. Əməkdaşlarımız bu rayonlardan ikisində aparılan hazırlıqların təfərrüatlarını araşdırıblar.

Son günlər Salyanda xəstəliyə yoluxma hallarının artması ilə bağlı olaraq rayon ərazisində həftəsonu gücləndirilmiş karantin rejimi tətbiq olunacaq.

Bunun üçün rayon polis şöbəsinin və rayon mərkəzi xəstəxanasının əməkdaşları karantin rejminin tələblərinə uyğun fəaliyyət göstərəcəklər. Polislər rayonun əsas giriş-çıxışları, eləcə də kənd ərazilərində postlar quraraq rejimin tələblərinə nəzarət edəcəklər. Bundan əlavə, Mərkəzi Rayon Xəstəxanasının təcili yardım stansiyası və poliklinika şöbəsində həkimlər növbə əsasında xidmət aparacaqlar..

Rayon ərazisində xəstəliyə yoluxma sayının artması sakinlərin də məsuliyyətini artırır.

Sərt karantin rejiminin tətbiq olunacağı rayonlardan biri də Kürdəmirdir. Rayonda həftəsonu tətbiq ediləcək ciddi karantin rejimi ilə bağlı rayon icra hakimiyyəti tərəfindən ciddi işlər görülür.

Kürdəmir rayon icra hakimiyyətinin başçısının müavini Ağəli Kərimli bildirdi ki, yoluxmanın ən çox qeydə alındığı Sığırlı kəndində vəziyyət hazırda qənaətbəxşdir.

Qeyd olunan tarixlərdə vətəndaşlar evdə qalacaqlarına görə ərzaq və dərman tədarüklərini vaxtında görməlidirlər.


Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı