hemle

KÜÇƏYƏ ÇIXMA QADAĞASI TƏTBİQ EDİLƏCƏK – RƏSMİ

Tarix:3-06-2020, 19:21
Baxış Sayı:441

Son günlər ölkə ərazisində koronavirusun yayılmasında yoluxmanın dərəcəsinin artması müşahidə olunur. Yoluxma və sağalma arasında uyğunsuz fərq getdikcə artmaqdadır.

ONN media xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib: “Əsas səbəb vətəndaşların karantin rejiminin qaydalarına əməl etməmələridir. Koronavirusinfo.az saytına xeyli müraciətlər var, karantin rejimin pozulması ilə bağlı. Bu səbəbdən karantin rejiminin yumuşaldılması dayandırılır və yenidən sərtləşmə qaydaları müzakirə olunub” .

O bildirib ki, TƏBİB vəziyyətlə bağlı Operativ Qərargaha müraciət edib: “Sərtləşdirmə ilə bağlı məsələ müzakirə olunub. Cümə günündən hərəkətin məhdudlaşdırılması ola bilər. Küçəyə çıxma qadağası tətbiq olunacaq, hərəkətin tam məhdudlaşdırılması rejiminin yaradılması planlaşdırılır”.

İbrahim Məmmədov bildirib ki, sabah Operativ Qərargahın rəhbəri Əli Əsədov ətraflı məlumat verəcək.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
11:17 Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı
11:10 Ev tikənlərin NƏZƏRİNƏ: Bu halda məsuliyyətə cəlb oluna bilərsiniz
10:59 Xankəndi, Xocalı, Ağdərə müasir rəqəmsal yerüstü televiziya və radio yayımı ilə əhatə olunacaq
10:56 Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı dəyişiklik
10:51 Azərbaycan və Ermənistan nümayəndələri görüşdü
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR