hemle

BAKININ GİRİŞ- ÇIXIŞINDAKI TIXACLA BAĞLI RƏSMİ AÇIQLAMA

Tarix:16-06-2020, 12:51
Baxış Sayı:371

Daxili İşlər Nazirliyi (DİN) bu gün səhər saatlarında Bakının giriş və çıxışlarında yaranmış tıxaclarla bağlı açıqlama verib.

DİN Mətbuat Xidmətindən ONN media-ya bildirilib ki, bu gün Bakı şəhərinin giriş və çıxışlarında xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş polis postlarında müşahidə edilən avtomobil tıxacının aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirilib:

“İlkin araşdırmalarla tıxacın yaranma səbəbləri də məlum olub. Müəyyən edilib ki, xüsusi karantin rejmi dövründə fəaliyyət göstərən təşkilat və müəssisələrin şəxsi avtomobilləri ilə hərəkətlərinə icazə verilmiş əməkdaşları onlara verilmiş bu imtiyazdan sui-istifadə edərək sərtləşdirilmiş rejim günlərindən öncə paytaxtı tərk edərək respublikanın müxtəlif regionlarına getməyə cəhd ediblər.

Həmin şəxslərin müəyyən edilərək barələrində qanunauyğun müvafiq tədbirlər görülməsi üçün araşdırmalar aparılır”.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı