hemle

İrandan növbəti Qarabağ açıqlaması: Ərazi bütövlüyünə hörmət...

Tarix:14-07-2020, 11:12
Baxış Sayı:483

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi ölkəsinin Ermənistan və Azərbaycan arasındakı Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişmədiyini bildirib.

ATESH,AZ saytı Teleqraf.com saytına istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

XİN-in sözçüsü jurnalistlərin Ermənistan-Azərbaycan münaqişəsinə dair son gəlişmələrlə bağlı sualına belə cavab verib:

“Ermənistan və Azərbaycan Respublikası arasındakı mübahisəli Qarabağ bölgəsi ilə bağlı münasibətimiz dəyişməyib”.

O, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağın və mübahisələrin sülh yolu ilə həll edilməsinin zəruriliyini vurğulayıb:

“İnanırıq ki, bu iki qonşu ölkə öz mübahisələrini sülh yolu ilə həll etməlidir və İran İslam Respublikası bu münaqişənin həllinə hər zaman kömək etməyə hazırdır”.

Müəllif: Mənsur Rəğbətoğlu
ATESH,AZ

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar