hemle

İRAN SƏHİYYƏ NAZİRLİYİ QARABAĞ BÖLGƏSİNİ MÜSTƏQİL ÖLKƏ KİMİ TƏQDİM EDİB- FOTO

Tarix:21-04-2020, 18:04
Baxış Sayı:532

İranın Səhiyyə Nazirliyi koronavirusla bağlı yaratdığı “Mask” adlı tətbiqdə (application-red.) Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti dəfə hörmətsizlik edib.

Həmin tətbiqdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi fars dilində “Qarabağ Respublikası” kimi təqdim edilib.

Bu foto sosial şəbəkələrdə istər güney, istərsə də quzey azərbaycanlılar arasında böyük narazılıqla qarşılanıb. Onlar son günlərdə İranın Dağlıq Qarabağda qurulmuş qondarma rejimə etdiyi köməklər və göndərdiyi ucuz yanacaqla bağlı yayılmış videolara da diqqət çəkərək, rəsmi Tehranın həm Qarabağda, həm də regionun digər ölkələrində terrorçular və işğalçılara göstərdiyi dəstəyi kəskin tənqid ediblər.
Qeyd etmək lazımdır ki, sözügedən videodan savayı, bu gün Ermənistandan İrana bu ölkəyə məhsul aparmaq üçün gələn onlarla yük və yanacaq daşıyan maşınının görüntülərini əks etdirən digər video da yayılıb.gunaz.tv

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq