hemle

Əli Mütəhhəridən etiraf: “İran Qarabağ müharibəsində milli məsələlərə görə Ermənistana dəstək göstərdi”

Tarix:19-04-2020, 19:39
Baxış Sayı:692

GünAz TV: İran Milli Məclisinin Tehrandan seçilmiş millət vəkili Əli Mütəhhəri ölkəsinin Qarabağ müharibəsi zamanı Ermənistanın tərəfini tutduğunu etiraf edib.
Deputatın İranın Kəşmir məsələsi ilə bağlı mövqeyi mövzusunda yazdığı və yerli media orqanlarında dərc edilən qeydində “İran İslam Respublikasının Kəşmir məsələsində daha çox dini vəzifəsi olsa da, bu günə qədər bu məsələyə çox az münasibət bildirib”diyi deyilir.

Mütəhhəri Hindistanın Cammu və Kəşmir vilayətlərinin muxtar respublika statusunun ləğv edilməsi qarşısında İranın tərəfləri təmkinli olmağa çağırmasını tənqid edib və bunun kafi olmadığını deyib.

Deputat Kəşmir məsələsini misal göstərməklə, ölkəsinin xarici siyasətinin “islam həmrəyliyi” və “müsəlman qardaşlığı”na əsaslanmadığını və müsəlman ölkələrinə qarşı biganə yanaşdığını qeyd edib.

Əli Mütəhhəri bu xüsusda Qarabağ məsələsinə də toxunub və İranın Ermənistana dəstək göstərdiyini bildirib

“Keçmişdə də Azərbaycanla Ermənistan arasında Qarabağ uğrunda baş verən münaqişədə Azərbaycanın haqlı olmasına baxmayaraq, biz (İran-red.) milli məsələlərə görə ümumilikdə Ermənistanın tərəfini tutduq”- deyə deputat əlavə edib.

Əli Mütəhhəri həmçinin Çinin uyğur türklərinə qarşı yürütdüyü zülmdə də ölkəsinin öz mənafeyinə uyğun olaraq, Çinə dəstək göstərdiyini qeyd edib.

Xatırladaq ki, Qarabağ müharibəsi zamanı İran Ermənistana kömək edən başlıca ölkələrdən olub. Hazırda da Ermənistanın ən böyük iqtisadi tərəfdaşlarından biri İrandır. Rəsmi Tehran İrəvan üçün nicat qapısı hesab edilir.

Digər xəbərlər
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
16:01 Rusiya aerodromları vurulur: 40 təyyarə məhv edildi
15:57 Smartfonunuzdakı yeddi ən təhlükəli PROQRAM
15:45 Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirildi - Yeniləndi
15:40 Güclü maqnit qasırğası müşahidə olunur - Rabitədə problemlər yarana bilər
10:25 "Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj
10:20 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
10:18 Diş ağrısı deyib keçməyin - VACİB XƏBƏRDARLIQ