ATESH,AZ saytı yazır.
Bosnya baş vermiş təcavüz fəlakəti bizim Xocalı, Qaradağlı, ümumilikdə Qarabağda baş vermiş soyqırımla bir vaxta təsadüf etmişdi.
Təsadüf idimi bilmirəm!!!
Əslən Azərbaycan Türkü olan, İğdir doğumlu, Niderland Türk Kadin Vakfının rəhbəri Fatma Aktaş həmin vaxt Bosnya türklərinin yanında oldu, onlara dayaq durdu. Bosnya türkləri də Fatma Aktaşa qucaq açdılar. Əl-ələ verib problemin çözülməsi üçün çalışdılar. Uğurlu nəticələr də əldə olundu. Birlikdə düşünüb təcavüzə uğramış Bosynalı qadınlara bir sinvol yaratdılar. Avropa Parlamentinə, BMT-yə, Avropa Şurasına, sadə avropalıya eləcədə dünyaya bu simvolu tanıtdılar.
Təcavüzə uğramış bosnyalı türk qadınlar haqqında sənədli filmlər çəkmək üçün bosnyalı kişilərin köməyindən istifadə edildi. Ev-ev gəzib təcavüzə uğramış qadılnarla və onların ailə üzvləri ilə danışdı. Həmin qadınlar isə vətən naminə bütün sədləri keçib başlarına gətirlən dəhşətli təcavüz anlarını kameralara açıqladılar. Sənədli filmlər çəkildi və Haqa məhkəməsinə çıxarıldı. Müxtəlif Beylənəlxaq, humanitar, əsasəndə İnsan Haqları qoruyan təşkilatlara yolanan filmlərin nəticəsində Bosnya hadisəıləri öz
ədalətli, hüquqi qiymətini qisməndə olsa aldı. BU serbiyalı qadınların cəsarəti, kişilərin Milli ruhu hesabına baş tutdu.
Serbiyalı insanlar sözün həqiqi mənasında Fatma xanıma güvəndilər, inandılar qucaq açdılar və sevdilər.
Bosnya əhalisinin qarşılaşdığı faciəli soyqırım hadisəsi Xocalı hadisəsi qədər fəlakətli, dəhşətli idi. Lakin Bosnya xalqının iradəsi və gücü nəticəsində hadisələrin zərərindən çıxmaq mümklün oldu. Cinayəti törədənlərin bir hissəsi də olsa cəzasını aldılar.
Azərbaycanda həmin vaxtdan başlayaraq fəaliyyət göstərən beşinci kolon isə bizim faciəmizin üstündə oyun qurdular.
Fatma Aktaş burda olduğu 4 ay müddətində Heydər Əliyevlə görüşmək üçün dəfələrlə cəhd etsədə beşinci kolonun irticası tərəfindən ona imkan verilməmişdir.
Kiçik yaşlarından Avropada yaşamış, Hollandiya vətəndaşı, Hollandiyanin Millət vəkili olmuş bir insanın Azərbaycan xalqına və dövlətinə könüllü xidmətindən, köməyindən imtina etmək vətənə xəyanətdir. Fatma Aktaş görüşdüyü insanların hər biri ilə Bosnya təcrübəsini bölüşmüş və Azərbaycanda soyqırım siyasıtinə həqiqətlə cavab verilməsini dəfələrlə xahiş etmişdir. Sadəcə şərait yardılmasını istəsədə ona diqqət ayrılmamışdır. 4 ay həyat yoldaşı və kiçik övladı ilə Azərbaycanda qaldıqdan sonra Fatma Aktaş çətinliklərdən bezərək Azərbaycanı tərk etmək məcburiyyətində qaldı.
Həmin vaxt sadə jurnalist, Ədalət qəzetinin Baş redaktoru Aqil Abbas Fatma Aktaşı ailəsi ilə birlikdə evində saxlamışdı. Fatma xanımın burda qala bilməsi, Səfa bəyin Qarabağ haqqında araşdırmalar kitabı yaza bilməsinə ən böyük köməkilk isə bu olmuşdur. Aqil Abbas və Faiq İsmayıloovdan başqa heç kim bu insalara sahib çıxıb qucaq açıb dərdimizə şərik ola bilmələrinə şərait yaratmamışdır.
Fatma Aktaşın həyat Yoldaşı Sefa bəy Yürükel həmin vaxt Azərbaycana gəlmışdir. Birlikdə bizə kömək etmək istədilər. Sefa bəy Qarabağ hadisələri ilə bağlı ilk araşdırma kitabını yazdı. Lakin biz Fatma Aktaşa və Sefa bəyə qucaq açmadıq. Onları özümüzdən küsdürdük, incitdik, yola saldıq. Tarix Mədəniyyət Abidələrinin Mühafizəsi təşkilatının sədri Faiq İsmayılov da buna şahiddir. Hadisələrimizə, facilərimizə belə münasibət göstərdiyimiz üçün bu gün Azərbaycanın durumu çox çətindir. Qarabağın işğalına barmağarası yanaşdığımız üçün 30 ildir Qarabağı işğaldan azad edə bilmirik. Vaxtında fatmalara, səfalara Azərbaycanı sevən digər soydaşlarımıza diqqət ayırsaydıq, dostumuzu, düşmənimizi seçmək istəsəydik bu gün Qarabağı azd etmiş və yenidən qurmuş olardıq.
Tək bizim təşkilatımız deyil bir çox insanların Hollandiyada həyata keçirdikləri tədbirlərin, görüşlərin təşkilatçısı Fatma Aktaşdır. Azərbaycan Prezidenti ilə bizlərin arasında hasar hörənlər bizim taleyimizi həll etmək fikrindədirlər. Bizim birliyimiz çox vacibdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdə "Biz bir yerdı Güclüyük" deyir.
Yolun açıq olsun Fatma xanım. Sən bu gündə Azərbaycana kömək edirsən. Səsimizi hər kəsə çatdırmçaq üçün bizim SƏSİMİZ olursan.
Səni çox sevirik!!
MVQSYİB-nin sədri Radə Abbas
ATESH,AZ