hemle

Hollandiyadan qazilərimizə sevgi mesajı. Fatma Aktaş yollayıb.....

Tarix:25-05-2020, 21:58
Baxış Sayı:1 089



Hollandiyada fəaliyyət göstərən tərəfdaş təşkilatımızın başqanı Fatma Aktaşın qazilərimiz, veteranlarımız, şəhid ailələrimiz və imkansız ailələrimiz üçün yolladığı yardımı həmin insanlarımıza çatdırdıq. Fatma xanımın adından daha bir neçə nəfərə nəqd pul şəklində köməklik edildi. 100 nəfərə ərzaq şəklində göstərdiyimiz yardım şəhid ailələrinə, Qarabağ əlillrinə, müharibə veteranlarına, imkansız ailələrimizə çatdırdıq. Nəqd pul yardımlarımız isə xəstə köməksiz insanlarımıza hədiyyəmiz oldu.
Bu layihəmizə qədər Fatma Aktaşla bərabər Azərbaycan həqiqətlərinin dünyaya yayılması yolunda çoxsaylı tədbirlər həyata keçirilməsinə nail olmuşuq. Ermənistanın Qarabağa hücumunun ilk günlərindən Azərbaycan xalqının yanında olan soydaşımız Fatma Aktaş Avropa parlamentində, Haaqa məhkəməsinin tədbir salonunda Azərbaycanla bağlı təbliğat işlərinin aparılmasında bizə böyük köməklik göstərib. Fatma xanımın Azərbaycana olan məhəbbətindən doğan bu xidmətlər üçün ona təşəkkürümüzü bildirik.
Dillər universitetinin müəlliməsi, MVQSYİB sədrinin Təhsil Məsələləri Üzrə Müşaviri Həqiqət Hacıyeva--
--Dəyərli Fatma xanım, öncə Sizin Ramazan bayramınızı təbrik edirəm, Sizə can sağlığı, bol ruzi, övladlarınızın xoş günlərini arzulayıram. Sizin xeyriyyəçi əməllərinizi alqışlayıram. Bu addımları atmaq üçün insana geniş ürək lazımdır və bu o, deməkdir ki, Siz bu ürəyə, qəlbə sahibsiz. Bu xeyriyyəçilik işlərinin həyata keçməsi üçün başda Siz və Rada xanım Abbas olmaqla zəhməti olan hər kəsə təşəkkür edirik. Tanrı sizləri qorusun!
MVQSYİB-nin mətbuat xidmətinin əməkdaşı Şəhla Hüseyinova…
- Hollandiyanın Avrasiya Türk Qadın Vakfından Fatma Aktaşın dəstəyi ilə qazilərimizə böyük köməklik yollayan Fatma xanımın yardımı Rada Abbasın təşkilatçılığı ilə gecənin bu vaxtına qədər də ailələrə paylayırıq.
Sizə təşəkkürümüz sonsuzdur Fatma xanım Aktaş.Var olun!

MVQSYİB-nin mətbuat xidmətinin rəhbəri Svetlana Osmanlı.
Çox sevimli Fatma Aktaş Sizə təşəkkür edirik. Yolladığınız yardım bizə diqqətinizin, sevginizin ifadəsidir. Canı canımızdan olanımız təşəkkür edirik.
Avropada ləyaqətlə diaspora fəaliyyəti göstərən Elsevar Mammadov Allah qəbul eləsin Rada xanim, cox sag olun. Fatma xanim cox deyerli bir insandir.
Müharibə veteranı, Xocalı şəhidinin övladı, Erməni Təcavüzünin Dünyaya Tanıdılması İctimai Birliyinin sədri Seriyye Cafarova Xaricdə yaşayan ürəyi Vətənlə döyünən soydaşlarımız Fatma xanım var olsun!
İşlərimizdə mənəvi dəstək göstərən Miqrasiya Proseslərinin Tətqiqi İçtimai Birliyinin sədri Fəridə Hicrana təşəkkür edirik.

Dünya türklərinin dünya azərbaycanlılarının Ramazan Bayramı mübarək olsun.
Dəyərli soydaşımız Fatma Aktaş bacımız Ramazan bayramınız mübarək olsun. yardım etdiyiniz insanlarımız adından təşəkkür edirəm!
Radə Abbas.










Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR