hemle

ERMƏNİSTANDA OLMUŞ ŞƏXSLƏRİN İTALİYAYA GİRİŞİNƏ QADAĞA QOYULDU

Tarix:10-07-2020, 08:15
Baxış Sayı:518

İtaliya son 14 gündə Ermənistan, Bəhreyn, Banqladeş, Braziliya, Bosniya və Hersoqovina, Çili, Makedoniya, Moldova, Oman, Panama, Peru, Küveyt və Dominikan respublikalaırnda olmuş vətəndaşların ölkəyə giriş-çıxışına qadağa qoyub.

ATESH,AZ saytı ONN media agentliyinə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Səhiyyə Naziri Roberto Speranza sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, həmin ölkələrdə olmuş şəxslər İtaliyanın ərazisindən tranzit məqsədilə də istifadə edə bilməzlər. Speranza qeyd edib ki, Avropa İttifaqı və Şengen zonasına daxil olmayan digər ölkələr üçün karantin öhdəliyi hələ də qalır.

“Qlobal epidemiya ən kəskin mərhələsindədir. Son aylarda etdiyimiz fədakarlıqlarımızı heçə saya bilmərik”, – deyə nazir bildirib.
ATESH,AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir