hemle

SU NƏQLİYYATINDA POLİS İDARƏSİNDƏN XƏBƏRDARLIQ

Tarix:22-04-2020, 19:55
Baxış Sayı:463

ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi məlumat yayıb.

Qadağa təbii su hövzələrində balıq ovuna aiddir:

“Xəzər dənizi akvatoriyasında və respublikanın digər sututarlarında balıqların kürütökmə dövrünün başlanması ilə əlaqədar aprel ayının 27-dən, sentyabrın 1-dək balıq ovuna qadağa elan edilir. Su Nəqliyyatında Polis İdarəsi tərəfindən balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxslərdən müəyyən olunan vaxtda və ərazilərdə balıq ovuna qoyulan qadağaya əməl etmələri xahiş və tələb olunub. Bu qadağa həvəskar balıq ovunada şamil edilir. Bu qaydanı pozanlar inzibati və ya cinayət məsuliyyətinə cəlb ediləcəklər. Qadağa ilə bağlı pozuntular barədə 012 433 38 02, 012 433 38 22 (faks) nömrələrinə məlumat verə bilərsiniz”.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi
21:20 Danışıqlar uğursuz olarsa, Ukraynanı nə gözləyir? - İki ssenari
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır