hemle

İnsanların çölə çıxmasına 5 günlük qadağa qoyulur? — Baş infeksionistdən AÇIQLAMA

Tarix:29-06-2020, 20:42
Baxış Sayı:609

hemlemedia.az saytı Fedai.az saytına istinadən yayımladı
Xəbər verdiyimiz kimi iyunun 28-də 534 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2 həftəlik sərt karantin rejimi tədbiq edilsə də, gündəlik yoluxmaların sayı 500-dən çox olur. Yoluxanların sayını azaltmaq üçün 5 gün müddətinə insanların çölə çıxmasına qadağa qoyula bilərmi?

Fedai.az Day.Az-a istinadən xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan baş infeksionist Cəlal İsayev bildirib ki, iyulun 5-nə kimi 8 rayon və şəhərdə sərt karantin rejimi elan edilib:

«Sərt karantin rejimin bitməsinə hələ bir neçə gün var. O müddət tamam olduqdan sonra nəticələrin təhlilinə görə bu barədə qərar verilə bilər. Qaldı ki, sərt karantin rejimi elan olunmasına baxmayaraq gündəlik yoluxmaların sayının 500-dən çox olmasına, virusun kliniki epidemoloji gedişatı bu cür olur. Gah azalır, gah artır. Əlbəttə bu məsələdə insanların məsuliyyətli olması vacibdir. İnsanlarımız qoruyucu tibbi maskalardan istifadə etməli, sosial məsafəni qorumalıdır.Təəssüf ki, bəzi insanlarımız Operativ Qərargahın qoyduğu qərarlara və verdiyi tövsiyələrə barmaqrası baxır. Əgər biz karantin rejiminin müsbət nəticəsini görmək istəyiriksə, o zaman qoyulan qaydalara verilən tövsiyələrə əməl etməliyik».

Digər xəbərlər
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR
22:36 Bu qanunun tələblərinin pozulmasına görə cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
22:31 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA