hemle

Brandenburq qapısı üzərinə Sovet bayrağını taxan soydaşımızın ad günüdür

Tarix:22-06-2020, 19:31
Baxış Sayı:1 225

Azərbaycan və Sovet hərbi xadimi, 1945-ci il mayın 2-də Berlinin alınması zamanı, Brandenburq qapısı üzərində Sovet bayrağını dalğalandırmış polkovnik Rəşid Əsəd oğlu Məcidovun AD GÜNÜDÜR.


1908-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sənaye və İqtisadiyyat Texnikimunda təhsil almışdır. 8 nömrəli yetimxanada tərbiyəçi və qabaqcıl pioner idi.

Zaqafqaziya SFSR illərində Komsomol regional komitəsinin katibi seçildi.

1933-cü ilin noyabrından — Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinin birinci katibi olub. Daha sonra Moskvada Ali Partiya Məktəbində təhsilini davam etdirib.Sonra Qaradağ Rayon Partiyası Komitəsinin birinci katibi, Oktyabr rayon təşkilat komitəsinin birinci katibi və Yayımlama Komitəsinin sədri olub.

Böyük Vətən müharibəsi dövründə o, 416-cı atıcı diviziyasının siyasi şöbəsinin rəhbəri idi. Diviziyanın tərkibində Mozdokdan Berlinə qədər yol keçib. 1945-ci il mayın 2-də Berlinin alınması zamanı, Berlinin Brandenburq qapısı üzərində Sovet bayrağını dalğalandırmışdır.




Leykemiyadan əziyyət çəkən Rəşid Məcidov, 1970-ci ildə vəfat etmişdir. 1970-ci ildə Bakıda yerləşən Fəxri Xiyabanda dəfn edilib. Rəşid Məcidov
Mariya İvanova ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi.



Bu izdivacdan 3 oğlu olub. Onlardan ikisi Qarabağ müharibəsində iştirak edib.

Böyük oğlu Vladislav xüsusi təyinatlılar qərargahının rəisi, Mikayıl isə Ağdamdakı hərbi sahə xəstəxanasında neyrocərrah kimi xidmət edib.

Leyla Həsənova

Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat