hemle

4 rayonda icra başçısı olmuş Nazim İsmayılovun vaxtı Saatlıda niyə bitdi - oğlu və milyonlar...

Tarix:16-05-2020, 18:48
Baxış Sayı:593

Prezidenti İlham Əliyev mayın 16-da Nazim İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb. Cəmi bir il əvvəl-mayın 17-də Saatlı rayonuna icra başçısı təyin edilən N.İsmayılov bundan əvvəl Sabirabada rəhbərlik etmişdi.

Nazim İsmayılov Azərbaycanın ən uzun ömürlü icra başçılardan hesab olunurdu. O, 24 iyul 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. İxtisasca istilik energetik mühəndisi və politoloqdur.

Əmək fəaliyyətinə 1974-cü ildə "Sumqayıtkimyasənaye" İstehsalat Birliyi Oktyabr inqilabının 50 illiyi adına üzvü məhsullar zavodunda mühəndis kimi başlayıb.

1977-1980-cı illərdə Göyçay Birləşmiş Qazanxana və İstilik Şəbəkələri idarəsində usta və direktor, 1980-1981-ci illərdə Göyçay rayonu Partiya Komitəsində təlimatçı, şöbə müdiri, 1981-1989-cu illərdə Göyçay rayonu Xalq Nəzarəti Komitəsinin sədri, 1989-1990-cı illərdə Göyçay rayonu partiyak komitəsinin katibi, 1990-1991-ci illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini işləyib. Azərbaycan müstəqillik qazanandan sonra, Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini, 2001-2006-cı illərdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı işləyib. Daha sonra 2006-2011-ci illərdə Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı, 2011-2019-ci illərdə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı, 2019-cu ildən Saatlı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində olub.

Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvüdür.

Üç övladı var.

Yeri gəlmişkən, bir müddət əvvəl oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkü üzə çıxması barədə xəbərlər vardı.

Digər xəbərlər
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"
14:55 Sabah Bakıda aramsız leysan yağacaq
14:50 "Azəristilik"dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı
14:46 I sinfə qəbul prosesində YENİLİK - Mayın 1-dən...
14:38 Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?