hemle

Bakıda vaxtilə yüksək vəzifə tutan ermənilər - SİYAHI

Tarix:31-05-2020, 20:47
Baxış Sayı:636

Vətəninfo.az xəbər verir ki, bu haqda yazını ASASmedya.info saytı dərc edib.

Ölkədə isə ümumilikdə 500 minə qədər erməni yaşayırdı. Ermənilər Azərbaycanın bütün ticarət, rəhbər idarə və qurumlarında çalışırdı. Onlar uzun müddət Azərbaycan KP Mərkəzi Komitəsinin və Bakı Komitəsinin (hətta birinci katiblər), Azərbaycan SSR Mərkəzi İdarə Komitəsinin katibləri idilər; Ali Sovet; Xalq Komissarları Şurası; Nazirlər Kabinetində müavinlər, şöbə müdirləri, nazirlər, komitə rəhbərləri, birinci katiblər və digər vacib vəzifələrdə işləyiblər.

1828-ci ilə qədər Bakıda ermənilər yaşamasa da, 1988-ci ildə paytaxtımızda 170 min erməni qeydə alınmışdı, 130 min isə qeydiyyatsız yaşayırdı.

Yazıda deyilir ki, otuzuncu illərdə ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklər 1905-07 və 1918-1920-ci illərdə onların Azərbaycan xalqına yaşatdığı fəlakətlərdən dəfələrlə böyük olub.

Sayt Azərbaycanda yüksək vəzifə tutmuş ermənilərdən bəzilərinin adlarını dərc edib:

1. A.A.Ayriyan - Azərbaycan SSR Meşə və ağac emalı sənayesi naziri;

2. V. N. Nersesyan - Bakı şəhəri Kirov rayon Partiya Komitəsinin katibi;


3. N.V.Qabrielyan - Azərittifaq sədrinin müavini;

4. A.S.Becanyan - Azərbaycan SSR Baş Prokuroru İstintaq Kollegiyasının prokuroru;

5. M.Ohancanyan - Azərkəndkimya Assosiasiyasının sədr müavini;

6. B.A.Ayrapetov - Bakı Şəhər İcraiyyə Komitəsi sədrinin müavini, Bakı Şəhər Plan İdarəsinin sədri;

7. J.S.Sarkisova - Cinayət işlərinin Məhkəmələrdə nümayişinə nəzarət şöbəsinin prokuroru;

8. R.M.Kazaryan – İslah əmək müəssisələrində qanunlara riayət olunmasına nəzarət şöbəsinin prokuroru.

9. N.A.Melkumyan - Azərbaycan SSR Baş prokuroru.

10. L.V.Ohanesyan - Bakı Prokurorluğunun əsas və ümumi şöbəsinin direktoru.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir