hemle

Ağstafada körpünün altında 44 partlamamış hərbi sursat aşkarlanıb - Atəş.az

Tarix:26-01-2017, 20:39
Baxış Sayı:668

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (ANAMA) Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına əsasən, Ağstafa rayonunun Qırlı kəndində Həsənsu çayının üzərindəki avtomobil körpüsünün altında 44 partlamamış hərbi sursat (41 ədəd 7.62 çaplı patron, 1 ədəd 7.62 çaplı RPS patron, 1 ədəd 5.45 çaplı patron, 1 ədəd “Diyamkov” əl qumbarası və 1 ədəd 7.62 çaplı patron darağı) aşkar ediblər. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. Beş yüz kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, bu il yanvarın 1-dən 26-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı rayonlarında, Lənkəran və Gəncə şəhərlərində üç otlaq sahəsinə, bir hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə baxış keçirilib. Baxış zamanı 1513 partlamamış hərbi sursat, 33 tank əleyhinə və iki piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 17 min 250 kvadratmetr ərazi yoxlanılıb.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar