hemle

Müharibə əlilinin evinin tikintisinə kömək edən tapılacaqmı?!

Tarix:17-06-2020, 21:33
Baxış Sayı:606

Yayımlayan: www.Fedai.az
İsmayıl Rüstəmovu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi üzvləri, fəal ictimaiyyətçi, qəhrəman döyüşçü kimi tanıyırlar. Həm də İsmayıl Rüstəmov AVMVİB Bərdə rayon şöbəsinin sədridir. Lakin müharibə veteranlarına antipatiyası ilə tanınan İcra Hakimiyyəti başçılarının önündə ad yazdıran Vidadi İsayevin belə problemlərin həlli üçün vaxtı yoxdur. Çünki rayonu özəlləşdirdiyinə görə rayon şöbəsinə verməyə bir qarış yer tapa bilmir.

İ. Rüstəmov bu acınacaqlı mənzil şəraiti barədə heç üzvü olduğu birlikdə də danışmayıb. Görün vəziyyət nə qədər ağırdır ki, müharibə əlili dilə gəlib. Əsln Bərdədən olan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin də belə məsələlərə ayırılacaq vaxtı yoxdur. Əslində isə Sahil Babayev bu vəzifəyə niyə qoyulduğunu və nə ilə məşğul olacağını hələ tam aydınlaşdıra bilməyib. Elə buna görə də müharibə veteranları, əlil və şəhid ailələri Prezidentə müraciət etməyi planlaşdırırlar ki, bu komanda yeni bir sosial işi bilən komanda ilə əvəz edilsin. Çünki bu gənclər heç müraciətlərə cavab verməyi bacarmırlar.

Müharibə əlili İsmayıl Rüstəmovun yarımçıq qalan evinin tikintisinə bu iki qurum kömək etməyə borcludur və imkanlı şəxslərdn də bu qəhrəman döyüşçüyə yardımçı olmağı xahiş edirik. (Əlaqə telefonu: +994514844354, İsmayıl Rüstəmov)

Şəhid oğlu Bəxtiyar Qurbanova da bu problemi ictimailəşdirdiyinə görə AVMVİB Rəhbərliyi adından minnətdarlığımızı bildiririk.

Elnur Səlim

P.S. Həmçinin AVMVİB üzvlərinə müraciət edərək, bu məsələni ictimailəşdirməyə və kömək etməyə çağırırıq.

Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat