Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbasın verdiyi məlumata əsasən 07 avqust 2018-ci il tarixində Əmək və Əhlinin Sosial Müdafiəsi Naziri Sahil Bayaevlə götüşmüşdür. Görüşdə müharibə adamlarının problemlərindən danışlmış təşkilatın verdiyi təkliflər müzakirə edilmişdir. Sahil Babyaev verilən hər bir təklifə diqqətlə yanaşmış Nazirliyin imkanları səviyyəsində həll edilə biləcək məsələlərin həlli üçün Nazir yerindəcə göstəriş vermişdir. Səhiyyə Nazirliyi və digər dövlət qurumlarına aid olan təkliflər isə Nazirlik tərəfindən həmin idarələrə təklif formasında ünvanlanacağına söz vermişdir. Uzun illərdir müharibə veteranı qadınlara Nazirlik tərəfindən heç bir diqqət ayrılmadığını deyən Radə Abbas yaxın zamanda qadınlarımızn çox ciddi problemi olan məzil probleminin həllinə xüsusi diqqət ayrılmasını xahiş etmişdir.
Müharibədən zərər çəkmiş qadınların problemlərinin qismən həll edilməsi üçün qısa təkliflər bu şəkildə verilmişdir.
1. Sanatoriya-kurort müəlaicəsi.
Bilgəh və Günəşli sanatoriyalarında müalicə olnunmaq imknanın təşkili. Qeyd etdiyimiz müalicə ocaqlarında müalicənin effekti daha təsirli olur. Lakin Nazirliklə müvafiq müqavilə olmadığı üçün qeyd etdiyimiz müalicə ocaqlarında müayinə və müalicə olunmaq mükün deyil. Artıq yaşlanmış və müharibənin sağlamlıqlarına vurduğu zədənin nəticəsi olaraq qadınlarımız çox ciddi problem yaşayırlaq.
Ümumiyyətlə xaricdə və Ölkə daxilində təşkil edilən belə tədbirlərdə təşkilatımızında üzvülərinin iştirak etməsni istərdik. Ən azından bu bizim haqqımızdır.
2. Mənzil problemi,
Təşkilatımızın üzvü olan müharibə veteranı, şəhid ailəsi və Qarabağ əlili olan qadınlar yerli icra hakimiyyətlərinin mənzil növbəsi siyahısında mənzil növbəsindədirlər. Təşkilatımızın üzvü olan müharibə veteranı məcburi köçkün qadınlarımızda eyni peoblemi yaşayırlar. Uzun illərdir kirayə yaşamağın nə qədər çətin olduğunu bilirik.
Mənzillərin verilməsi üçün iş adamları ilə danışıqlar aparıb hər tikilən evdən bir mənzil novbəsində olan qadınımıza mənzil verilərsə bu problem bir il ərzində həll edilər. Bütün problemlərin həlli dövlətin büdcəsinə yönəldiyi üçün problemlərin həlli istiqamətində çətinliklər yaranır.
3. İş problemi
Müharibə və silahlı qüvvətlər veteranı olan qadınların iş pobleminin həll edilməsi çətilik yaradır. 30 yaşını keçmiş qadınların işə qəbul edilməməsi məsələsi hazırda bütün cəmiyyətin problemidir.
4. Səhiyyə problemi
Müharibə veteranlarının dərman preparataları ilə təmin edilməsi üçün dövlətin müəyyən bir limit ayırmasını xahiş edirik. İşləmədiyi halda insanın müalicə olunmasının mümkün olmadığını hamı yaxşı bilir. Ümumiyyətlə Səhiyə Nazirliyinin bu qəbildən olan insanlara müvafiq vəsiqəsinin göstərilməsi və həkimin təyinatı nəticəsində müalicə və müayinə olunması üçün xüsusi qərar qəbul etməsi üçün təklif yollanılmasını məqsədə uyğun hesab edirik.
5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2018-ci ilə qədər elan etdiyi Qarand müsabiqələrində subyektiv səbəblərdən qalib ola bilməmişik. Bizim müharibə adamları və əlilliyi olan vətəndaşlarımız üçün iş yerlərinin açılması məqsədi ilə layihələrmiz var. Bu layihələrin həyata keçirilməsinə müddi dəstək almaq niyyətindəyik.
6. Müharibə veteranları pensiya yaşına çatdıqları zaman işdən çıxdıqdan sonra müharibə veteranları üçün nəzərdə tutulmuş müavinatın kəsilməsini doğru hesab etmirik. Bununla bağlı müstəsna hal kimi qərar qəbul edlməsi üçün dövlətə müraciət etməyinizi xahiş edirik. İnsan müharibə veteranı olduğu halda bu statusun aradan çıxarılması nə qədər düzgündür? Bu müharibə adamlarnın qürurunu sındırır. Vətənimizin işğalda olmasının sındırdığı qürurumuz bir daha sınır. Hər halda bunun bir həlli yolu vardır.
7. Hazırda ölkəmizdə müharibə getdiyi üçün gəncliyin vətənpərvərlik ruhunda böyüməsi və tərbiyyə edilməsi məqsədi ilə həyata keçirmək istədiyimiz çoxsaylı layihələrimiz var. Bu layihələrimizə Nazirliyin maddi və mənəvi dəstək olmağını xahiş edirik. Yaxın zamanlarda Hərbi hissələrdə keçirimək istədiyimiz bu qəbildən olan tədbirlərimizdə Sizin dəstəyinizə çox ehtiyacımız var. Əlilliyi olan insanlarımızında bu layihələrdə iştirakını vacib hesab edirik.
8. 2018-ci ilin oktyabr ayında Türkiyədə yaşayan şəhid anaları ilə bizim şəhid analarının görüşlərinin Bakıda keçirilməsni nəzərdə tutmuşuq. Sizdən bu layihəmiz üçün maddi və mənəvi dəstək istəyəyirik. Xahiş edirəm bizim Sizə uzanan əlimizi kəsməyin.
Radə abbasın qeyd etdiyi kimi təkliflər bu şəkildə Nazirin stoluna aparılmışdır.