hemle

BƏHRAM BAĞIRZADƏNİN VƏZİYYƏTİ KRİTİKDİR – SÜNİ NƏFƏS APARATINA QOŞULDU

Tarix:14-06-2020, 18:12
Baxış Sayı:443

Mərkəzi Gömrük Xəstəxanası əməkdar artist Bəhram Bağırzadənin səhhəti ilə bağlı açıqlama verib.

ONN media xəbər verir ki, xəstəxanadan REAL-TV-yə bildirilibki, B.Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu aşkarlanıb. 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Dünya təcrübəsində ağciyər toxumasının 75%-i üzərində olan zədələnmələrində COVID-19 xəstələrinin yaşamaq şansının çox az olduğu bidirilir.
Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq saturasiyanın artırılmasına nail olunmayıb. Saturasiya günboyu aparılan müalicələr ilə yenə 50% ətrafında olduğuna görə saat 23:00 radələrində konsilium keçirilib və xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

Qeyd edək ki, EKMO- ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
Bu gün gecə saat 02:00 radələrində Mərkəzi Gömrük Hospitalının reanimatoloqları və cərrahları tərəfindən xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.

Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı