hemle

AZƏRBAYCANDA NEÇƏ XƏSTƏ SÜNİ TƏNƏFFÜS CİHAZINDADIR? – SON STATİSTİKA

Tarix:7-05-2020, 23:27
Baxış Sayı:446

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 7-nə olan statistik göstəriciləri açıqlayıb.

ONN media xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6120 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 175 910 test aparılıb.

Reanimasiyada olan xəstə sayı 25, süni tənəffüs cihazında olan xəstə sayı 12-dir.

Xatırladaq ki, bu gün Azərbaycanda 77 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Hazırkı dövrədək ölkəmizdə 2204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1551 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat etmiş, 625 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq