hemle

KORONAYA YOLUXAN PASİYENTƏ AĞCİYƏR KÖÇÜRÜLDÜ

Tarix:24-05-2020, 17:58
Baxış Sayı:474

KORONAYA YOLUXAN PASİYENTƏ AĞCİYƏR KÖÇÜRÜLDÜ
Koronaya yoluxan pasiyentə ağciyər köçürüldü
24 May 2020 - 17:05
Avstriya həkimləri Avropada ilk dəfə COVID-19 xəstəliyinə tutulmuş pasiyentə ağciyər köçürüblər.

ONN media xəbər verir ki, Vyana Ümumi Xəstəxanasında aparılan transplantasiya əməliyyatı uğurla başa çatıb. Xəstəxanadan bildirilib ki, COVID-19 xəstəliyinə tutulmuş xəstənin müalicəsi heç bir nəticə vermədikdən sonra, həkimlər transplantasiya əməliyyatına qərar veriblər.

45 yaşlı xəstənin sağalması üçün bütün ümidlərini itirən həkimlər onun süni tənəffüs aparatının köməyi ilə cəmi bir neçə gün yaşaya biləcəyini düşünüblər. Xəstənin fiziki göstəricilərinə uyğun donor ağciyərlərinin gözlənilmədən xəstəxanaya qəbul edilməsindən sonra cərrah heyəti xəstənin ailə üzvlərinə son şans olaraq riskli əməliyyatı təklif ediblər.

Mayın 18-də baş tutan əməliyyatdan sonra xəstənin vəziyyəti artıq sabitləşib. Koronavirus infeksiyasına yoluxmazdan əvvəl heç bir xəstəlikdən əziyyət çəkməyən xəstənin tezliklə sağalacağına ümid edilir.

Qeyd edilməlidir ki, bu əməliyyat Vyana Ümumi Xəstəxanasının Ağciyər Transplantasiyası Mərkəzinin həyata keçirdiyi sayca iki mininci ağciyər köçürülməsi əməliyyatıdır.(azərtac)

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq