hemle

“Fox News” sirri çözdü: COVID-19-a yoluxan ilk xəstə...

Tarix:16-04-2020, 15:48
Baxış Sayı:380

Çinin Uhan şəhərində ilk dəfə COVID-19 koronavirus infeksiyasına yoluxan şəxsin Uhan Virusologiya İnstitutunun laboratoriyasında işlədiyi məlum olub.

Turkustan.info xəbər verir ki, bu barədə çoxsaylı mənbələrə istinadən “Fox News” telekanalı məlumat yayıb.

Telekanalın Çindən gələn müvafiq sənədlərlə tanış olan mənbələrə istinadən yaydığı məlumata görə, virus insanlara yarasalar vasitəsilə ötürülərkən birinci yoluxan şəxs Uhan Virusologiya İnstitutunun laboratoriyasının işçisi olub. Sonra isə o, Uhan əhalisi arasında gəzib-dolaşıb.

İddia olunur ki, laboratoriya Çinin virus tədqiqatlarında əldə etdiyi “önəmli nəticələri” nümayiş etdirməli imiş.

Qeyd edək ki, fevral ayının sonunda Çin Elmlər Akademiyasının alimləri yeni növ koronavirusun yayılmasının 2019-cu ilin noyabrında və ya dekabr ayının əvvəlində Uhan bazarını ziyarət edən bir xəstədən başladığını aşkara çıxarmışdılar. /Teleqraf.com/

Digər xəbərlər
11:17 Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı
11:10 Ev tikənlərin NƏZƏRİNƏ: Bu halda məsuliyyətə cəlb oluna bilərsiniz
10:59 Xankəndi, Xocalı, Ağdərə müasir rəqəmsal yerüstü televiziya və radio yayımı ilə əhatə olunacaq
10:56 Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı dəyişiklik
10:51 Azərbaycan və Ermənistan nümayəndələri görüşdü
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR