hemle

Türkiyə Çindən izahat tələb etdi: İrəvana yardımlar... -

Tarix:13-04-2020, 15:45
Baxış Sayı:381

Türkiyə Çinin koronavirusla bağlı Ermənistana göndərdiyi yardım paketlərinin üzərində yazılan “Ağrı dağı” sözünə görə rəsmi Pekindən izahat tələb edib.
Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.
Aksoyun sözlərinə görə, Türkiyə XİN Çinin Ankaradakı səfiri Denq Li və Çin XİN-dən izahat istəyib.
“Səfir Denq Ermənistana göndərdikləri yardımların yerli hökumət tərəfindən hazırlandığını və özəl şirkət tərəfindən İrəvana çatdırıldığını deyib. Səfir onu da bildirib ki, paketlərin üzərində Çin dilindəki yazılarda Ağrı dağından bəhs edilməyib və ingilis dilindəki yazılar ora sonradan əlavə olunub”, - Aksoy bildirib.
Qeyd edək ki, Çinin aprelin 9-da Ermənistana göndərdiyi yardım paketlərinin üzərində “Dostluğumuz Ağrı dağından daha uca və Yantszı çayından daha uzundur” ifadələri yer almışdı.
Ağrı dağı Türkiyənindir, əzəli Azərbaycan torpaqlarını mənimsəyən Ermənistan isə bu dağa iddia edir.

Digər xəbərlər
13:56 Zəlzələdən sonra İstanbulda malikanələr satışa çıxarıldı
13:53 İranda şok: Bayrağımızın əksi olan mallar qadağan edildi
13:50 Haaqa məhkəməsi Vardanyanla bağlı iddiaları rədd etdi...
13:39 İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verdi
13:29 Yeni müharibə başlayır? - AÇIQLAMA
13:25 Sabah 29 dərəcə isti olacaq
13:16 Azərbaycanda kartofla soğan buna görə bahalaşır: Səbəblər bəlli oldu
13:13 Süni intellektin yaratdığı problemlər: Manipulyasiya, fırıldaqçılıq...