hemle

“BƏHRAMIN BU VİRUSA YOLUXMASI XƏBƏRİNİ YAYAN HƏKİMLƏRƏ HALALLIQ VERMİRİK” — TAHİR İMANOV

Tarix:7-06-2020, 23:39
Baxış Sayı:519

Azərbaycanlı aktyor, əməkdar artist Bəhram Bağırzadənin koronavirusa yoluxduğu barədə xəbərlər yayılıb. Belə ki, əməkdar artistin xəstəxanaya yerləşdirildiyi, ondan götürülmüş koronavirus testinin nəticəsinin pozitiv çıxdığı, hazırda temperaturu bir qədər yüksək olsa da, vəziyyətinin stabil olduğu bildirilib.

ONN media xəbər verir ki, əməkdar artist, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov açıqlamasında bildirib ki, B.Bağırzadə ilə bağlı məlumatı yayan həkimlərə halallıq vermir: “Bəhram bəy ilə danışdım. Bəhram Bağırzadə və kollekivimiz adından danışıram. Biz bu məlumatı yayan həkimlərə halallıq vermirik. Bu məlumatı yayan sayta da halallıq vermirik. Bu xəbəri yaymamışdan öncə Bəhramın yaşlı anasını, bacısını düşünsünlər. Yaşlı anasına bir şey olsa, bu xəbəri yayanlar nə edəcək? Elə bilirsiniz bir üzrlə, məhkəmə ilə hər şey bitəcək?

Bəhramın anasına bir şey olsa, biz bunu keçməyəcəyik. Biz gərək, hər işi halallıqla edək. Bir insanın özü bu haqda heç bir açıqlama verməyibsə, bu cür məlumatın yayılması doğru deyil. Biz həmişə deyirik ki, bu, bizim subyektiv fikrimizdir, amma bu, obyektiv fikirdir. Çox adam bilir ki, koronavirusla bağlı üç dəfə test edilir. Bu testlər bir gündə aparıla bilməz. Birinci test pozitiv çıxsa da, digərləri neqativ çıxa bilər. Çində bir nəfərin 3 testinin nəticəsi neqativ çıxmışdı, amma öldü. Cəsədindən test götürdülər, pozitiv çıxdı. Çox həssas məsələdir. Ona görə də insanların ailələrini də düşünmək lazımdır”. (musavat.com)

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı