İranın İsrail ərazisinə gecə ərzində endirdiyi raket zərbələri nəticəsində 90-dan çox yaralı xəstəxanalara yerləşdirilib.
Bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.
08:28
İsrailin şimalında hava həyəcanı xəbərdarlığı edilib.
Bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) "X" sosial şəbəkəsində məlumat yayıb.
Xəbərdarlığın təfərrüatı açıqlanmayıb.
Hava həyəcanı elan edildikdən az sonra SAXAL şərqdən İsrailə nüfuz edən obyektin tutulduğunu açıqlayıb.