17 iyun gecəsi İsrail hərbi hava qüvvələri Tehranın yaxınlığında yerləşən mühüm hərbi obyektlərə hava zərbələri endirib.
Hücumlar Xucir raket istehsalı müəssisəsini və paytaxtın şərqində yerləşən İmam Hüseyn Hərbi Akademiyasını hədəf alıb. Hər iki obyekt İranın müdafiə sənayesi və hərbi təlim infrastrukturu baxımından strateji əhəmiyyət daşıyır.
Hadisə zamanı bölgədə güclü partlayışların baş verdiyi bildirilib. Lakin tələfat və dağıntılarla bağlı rəsmi məlumat verilməyib. İran tərəfi hadisəyə dair hələlik açıqlama yaymayıb.
Xatırladaq ki, İsrail və İran arasında gərginlik son günlərdə hərbi qarşıdurma səviyyəsinə yüksəlib. Tərəflərin qarşılıqlı hava və raket zərbələri regionda təhlükəsizlik risklərini daha da artırır.