hemle

Kəngərli kəndinə növbəti köç karvanı yola salındı

Tarix:Bu gün, 09:55
Baxış Sayı:445

Kəngərli kəndinə növbəti köç karvanı yola salındıPrezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Laçın rayonunun yenidən qurulan Bəylik kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Kəngərli kəndinə 40 ailə - 154 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

Digər xəbərlər
10:52 İsrail Tehranda hərbi akademiyanı vurdu
10:48 İranın İsrailə raket zərbələri nəticəsində 90-dan çox insan xəsarət alıb
10:40 Çin alimləri ilk dəfə donuz embrionunda insan ürəyi yetişdirdilər
10:16 18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür
10:00 Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 15 il ötür
09:55 Kəngərli kəndinə növbəti köç karvanı yola salındı
09:50 Bu gün hava necə olacaq? - PROQNOZ
09:40 BMT-dən nüvə təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ