İranın İsrailə cavab hücumu nəticəsində ölənlərin sayı 70-ə çatıb.
Bu barədə “Jerusalem Post” (JP) məlumat yayıb.
“İranın bir neçə raket zərbəsi endirməsindən sonra 70-dən çox insan yaralanıb”, - məlumatda deyilir.
Bildirilir ki, İranın zərbələrindən ən çox zərər çəkən şəhərlər raket hücumundan sonra yanğınların baş verdiyi Tel-Əviv və Ramat Qan olub. "Quş Dan bölgəsindəki qaynar xəttə İranın raket hücumundan sonra çoxsaylı zənglər daxil olub", - təcili yardım xidmətləri qeyd edib.