hemle

AZƏRBAYCANIN MÜSTƏQİL ORDUSUNUN İLK TƏYYARƏÇİSİ, QARABAĞ ŞAHİNİ VAQİF QURBANOVUN ŞƏHADƏT GÜNÜDÜR

Tarix:13-06-2020, 14:33
Baxış Sayı:874

Şəhid pilot Vaqif Bəxtiyar oğlu Qurbanov 1967-ci ildə anadan olub. 1989-cu ildə Borisoqlebsk Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib və SSRİ Hərbi Hava Qüvvələrində zabit kimi xidmət edib.

8 aprel 1992-ci ildə Qurbanov 80-ci aviapolkun yerləşdiyi Sitalçay hərbi aerodromundan burada xidmət edən azərbaycanlı hərbçilərin – həmyerliləri, təyyarənin texnik leytenant Məmmədovun və aviamexanik Quliyevin köməyi ilə Su-25 markalı hərbi təyyarəni Azərbaycan tərəfinə qaçırır. Təyyarə Yevlax mülki hava limanına enir. Rusiya hökuməti təyyarənin qaytarılmasını tələb etsə də, təyyarə Yevlax hava limanında qalır. Rusiya müdafiə nazirliyi SU-25 təyyarəsini məhv etmək üçün hətta Gürcüstanda yerləşən Vaziani hərbi bazasında iki ədəd MiQ-23 təyyarəsindən ibarət xüsusi dəstə yaradır. Ancaq istəyinə nail ola bilmir.

Vaqif Qurbanov 8 may 1992–ci il tarixindən hərbi əməliyyatlar gedən Azərbaycan ərazilərində hərbi uçuşlara başlayır. Mayın 8-i və 9-u Qurbanovun reydləri nəticəsində erməni silahlı qruplarının 30 nəfər döyüşçüsü öldürüldü, 120 nəfər yaralandı.

13 iyun 1992–ci ildə Vaqif Qurbanovun idarə etdiyi SU-25 təyyarəsi erməni silahlı qüvvələri tərəfindən Əsgəran yaxınlığında vurulur. Qurbanov həmçinin Martunidə, Əsgəran rayonunun Şoş və Xramort kəndlərində, eləcə də Çaykənd və Ay-Parisdə döyüşlərdə iştirak edib. Nəticədə qarşı tərəf ağır itkilər vermişdi

Beləliklə, iyunun 13-ü saat 4-5 radələrində Naxçıvanik yaxınlığında Vaqifin təyyarəsi düşmən tərəfindən “Şilka” deyilən qurğu ilə vurulur. Şahidlərin söylədiyinə görə, həmin anlar Vaqif Qurbanov paraşütlə atıla bilir, lakin düşmən onu yerdən atəşlə vurur. Həmin günlər Naxçıvanikdə döyüşən tabor komandiri Fred Asifin qardaşı Ədalət Məhərrəmov Vaqifin təyyarədən atıldığını və ermənilər tərəfindən aramsız atəşə tutularaq yerə salındığını gözləri ilə gördüyünü xatırlayır.

Beləliklə, iyunun 13-ü saat 4-5 radələrində Naxçıvanik yaxınlığında Vaqifin təyyarəsi düşmən tərəfindən “Şilka” deyilən qurğu ilə vurulur. Şahidlərin söylədiyinə görə, həmin anlar Vaqif Qurbanov paraşütlə atıla bilir, lakin düşmən onu yerdən atəşlə vurur. Həmin günlər Naxçıvanikdə döyüşən tabor komandiri Fred Asifin qardaşı Ədalət Məhərrəmov Vaqifin təyyarədən atıldığını və ermənilər tərəfindən aramsız atəşə tutularaq yerə salındığını gözləri ilə gördüyünü xatırlayır.

Bizimkilər Vaqifi düşmən əlindən almaq üçün hücuma keçsə də, artıq gec olur. Vaqifin sağ qalıb-qalmaması dəqiq bilinmir. Ermənilərin canına qorxu salan təyyarəçinin ölümü qarşı tərəfdə sevinclə qarşılandı. Erməni televiziyası təyyarənin qalıqlarını dönə-dönə nümayiş etdirdilər. «Su-25»-in bortunda Azərbaycan bayrağının şəkli həkk olunmuşdu.

Leyla Həsənova

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir