Son günlər sosial şəbəkə izləyiciləri də, elə Kürqırağı yaşayış məntəqələrində yaşayan əhalinin də Kür çayının suyunun kəskin azalmasını ilə bağlı narahatçılığı və xüsusən bunu əks etdirən etdirənşəkillərin yayılması böyük bir ekoloji problemin heç də uzaqda olmadığını deyir.
Məsələ barədə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev mediaya bildirilib ki, çayda suyun azalması qısamüddətli xarakter daşıyır:
"Son günlər ölkə ərazisinə düşən yağıntının miqdarının normadan az olması və çaylarda sululuğun azalması nəticəsində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Kür çayında suyun səviyyəsinin azalması ilə əlaqədar çayda axının sürəti də azalıb. Bu dövrdə şimal-şərq istiqamətli küləyin davamlı olması və arabir güclənməsi nəticəsində dalğalanma baş verib və dənizdən Kür çayının axınına doğru əks axın əmələ gəlib. Belə hadisə təbii amillərlə bağlı olduğundan qısamüddətli xarakter daşıyır”, - deyə Asif Verdiyev qeyd edib.
Təbii ki, bu açıqlama o böyük təşvişin hərarətini azalda bilmədi. Gözlər Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov tərəfə çevrildi. Akademik problemin varlığını təsdiq etdi:” "Kür çayında suyun miqdarı o qədər azalıb ki, ərazidə olan geomüxtəliflik məhv olur-dedi. Amma dolayısı ilə günahı əhalinin suya kafi münasibətində gördü: "Əhali fikirləşməlidir ki, su bir əmtəədir. Əgər su boru vasitəsi ilə Oğuzdan, eləcə də digər regionlardan şəhərə gəlirsə, artıq əmtəəyə çevrilir. Əmtəənin isə qiyməti var, yəni suyun qiymətini bilmək lazımdır. İnsanlar fikirləşir ki, sudan harada olsa, nə qədər istəsə istifadə edə bilərlər. Əslində belə deyil, suya qənaətlə yanaşmaq lazımdır. Üstəlik Azərbaycan kimi su ehtiyatları qonşularla müqayisədə nisbətən az olan bir ölkədə sudan səmərəli istifadə etməkdən başqa yol yoxdur”.
Hörmətli akademikimizin sözündən bu qənaətə gəldik ki, Kürün suyunun azalmasında əhalidən başqa günahkar yoxdu.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov məsəliyə daha ciddi yanaşaraq, dolayısı ilə akademikin sözlərinin səhv olduğunu vurğuladı. Beləki, Azərbaycanda su qıtlığının olması fikri ilə razılaşmadı:”Azərbaycanda su probleminin olması ilə bağlı deyilən fikirlər həqiqəti əks etdirmir. Azərbaycan 3 tərəfdən dağlarla əhatə olunub, dörd bir yanı dənizdir. Torpağın altında istənilən qədər su ehtiyatı var. Su problemi ilə bağlı deyilən fikirlər suyun qiymətinin artırılmasına xidmət edir. Bu isə müəyyən kommersiya maraqları güdür”.
Ekoloqun müşahidələrinə əsasən, son 7-8 il ərzində Bakı şəhərində və rayonlarda yağıntıların miqdarı azalıb: "Yağıntılar azaldıqca torpaqda olan nəmliyi günəş buxarlandırır. Yaranan su qıtlığı da quraqlıqla əlaqədardır. Əgər yağış yağmırsa, deməli, yeraltı su anbarları da dolmur”.
Hər üç rəsmi şəxsin açıqlamasını oxuduqdan sonra bir lətifə yadıma düşdü . Deyir, qədim zamanlarda bir padşah olur. Bunun bir sevimli atı olur. Hörüklü, yaraşıqlı... Nökər-naibə deyir ki, kim gəlib desə ki atın ölüb, həmin adamın boynu vurulacaq. Bu minvalla illər gəlir, keçir. Padşahın həmin atı ölür. Nökər-naib qalır çar-naçar ki. bu xəbəri padşaha versinlər...
O, deyir sən get de, bu deyir sən get xəbər elə... Heç kim canının qorxusundan irəli durmur... Nəhayət qoca və dünyagörmüş bir nökər boynuna götürür ki, xəbəri padşaha çatdırsın... Gedir padşahın hüzuruna... Əvvəl salam verib təzim edir, sonra başlayır danışmağa:
- Qibleyi-aləm, bu gün səhər sizin atınızın kefi heç yaxşı deyildi.
- Nə olmuşdu mənim atıma?
- Qibleyi aləm, səhər-səhər qarşısına qoyduğumuz yemə-ota ağzını da vurmadı.
- Sonra? Suyu da işmədi?
-Xeyir, padşahım... yerdə uzanılı qalıb, tərpənmir, gözləri yumuludu. açmır gözlərini...
- Ay evi yıxılmış day, denən ki. at ölübdü ki...
- Padşahım, mən dedim, qərar vermək sizlikdi...Mən nə karəyəm ki, "öldü” deyim.
Oxucularımıza Kür çayında sululuğun azalmasının əsas səbəblərini bu araşdırma yazımızla çatdırmağı vəzifə borcumuz hesab edirik.
2014-cü ilin sentyabr ayında İran mətbuatı Azərbaycan, Türkiyə, İran və Ermənistanın transərhəd çayı olan Araz çayının suyunun azalması və günbəgün quruması ilə bağlı xəbər yazdı. İranın Ərdəbil vilayətinin Regional Su Təsərrüfatı İdarəsinin müdiri Davud Nəcəfi məsələ ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, bölgənin əsas su mənbəyi olan Araz çayı quruyub.
Araz çayı üzərində 2016-cı il 23 fevral tarixində imzalanmış"Xudafərin” və "Qız Qalası”hidroqovşaqlarının tikintisi və istismarıməlum çayda suyun qaşısının kəsilməsi və bəndlənməsi prosesinə uyğun olaraq azala bilərmi?
Azərbaycan mediasında gündəm olmuş xəbərlər
"1970-80-ci illər ərzində SSRİ ilə İran İslam Respublikası mütəxəssisləri arasında "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə çoxsaylı qarşılıqlı razılaşma əldə edilib. Bununla bağlı 6 dekabr 1988-ci ildə Saziş imzalanıb, 1989-cu ildə Azərbaycan rəhbərliyinin iştirakı ilə hidroqovşaq kompleksinin tikintisinin təməl qoyma mərasimi keçirilib. Azərbaycanın müstəqilliyinin bərpa edəndən sonra da layihənin həyata keçirilməsi üzrə fəaliyyətlər davam etdirilib.
Azərbaycan Nazirlər Kabineti 18 may 1992-ci ildə "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının tikilməsi məsələləri haqqında qərar qəbul edib”.
Deməli, Kürün suyunun azalması birbaşa Araz çayı, dolayısı ilə "Xudafərin” və "Qız Qalası” hidroqovşaqları ilə bağlı olması danılacaq fakt deyil.
Növbəti xəbər
”Qarabağda Həkəri, Zabux, Levçay və Tərtər çayları qurumaq təhlükəsi ilə üz-üzə qalıblar. Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2007-2008-ci illərdə Qarabağdakı qondarma rejim rəhbərliyi energetik müstəillik adı ilə çaylarda kiçik Su Elektrik Stansiyalarının inşasına başlasa da, zamanla bu tikintinin miqyası geniş miqyası aldı.
Çayların ekosistemini pozmadan belə stansiyaların tikintisi mümkün olsa da, tikinti normalarının pozulması və tikililər SES-dən su istifadəsini 100%-ə çatdırıb. Nəticədə, Qarabağda 160 kilometr çay suyu borularla axır və Həkəri, Zabux, Levçayın yataqlarının əsaslı sürətdə qurumasına, Tərtər çayında isə bu problemin yenicə başlmasına səbəb olub.
Çaylarda sululuq səviyyəsinin kəskin aşağı düşməni içməli su və suvarma işlərinin aparılmasına öz mənfi təsirini göstərdi”.
Ermənilərin quraşdırdığı və istismar etdiyi SES-ları
Əslində Kür çayında sululuğun kəskin şəkildə azalması ötən ilin noyabr ayından başlayıb. Niyə məhz belə?
Ermənistan , eyni zamanda Azərbaycan mediasında gedən xəbərlərdən bilirik ki,işğalda olna torpaqlarımızda təbii səvətlərin talan edilməsi sürətlə genişlənir.Bir fakta diqqət edək:”İşğal altındakı Kəlbəcərdə qanunsuz məskunlaşmış erməni fəal, politoloq Aleksandr Kənanyan Tərtərçayın üstündə daha bir Su Elektrik Stansiyasının tikilməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. O, Tərtərçayın üstündə sayca dördüncü SES-in tikildiyini, nəticədə ətraf mühitə fəlakətli ölçülərdə ziyan dəydiyini bildirir.
Kənanyan aclıq aksiyası barədə yanvarın 21-də özünün "Facebook” səhifəsində bildirib. O, Kəlbəcər-Ağdərə regionunda çayların üstündə tikilən bütün kiçik SES-lərin ekoloji təhlükəsizliyini araşdırmağa çağırıb.” (Tərtərçay üzərində 4 SES)
Daha çox mineral suları ilə məşhur olan Kəlbəcərin İstisu qəsəbəsində ermənilər "Cermacur-1” su eletrik stansiyasının tikintisini gerçəkləşdirib. (1 SES)
Laçın rayonu ərazisində Araz çayının sol qolu sayılan Həkəri çayı üzərində üç, Hocaz çayı üzərində iki Su Elektrik Stansiyası inşa edilib. (5 SES)
Ümumilikdə Qarabağda 24 su anbarı var və bunlardan 3 su anbarı qəzalı vəziyyətdədir. 22 meliorasiya təyinatlı su anbarından 7-si, həmçinin balıqçılıq məqsədləri üçün istifadə edilir. Meliorasiya təyinatlı su anbarları qondarma qurumun "kənd təsərrüfatı qurumu”nun tabeliyindədir.
Son olaraq məlumatlara da diqqət edək: 1976-cı ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində inşa edilmiş Sərsəng su anbarının ümumi su tutumu isə 565 mln m³-dir. Onun istifadəyə yararlı olan tutumu 495 mln m3, bəndinin hündürlüyü 126 m və uzunluğu 550 m-dir. Sərsəng su anbarı bəndinin hündürlüyünə görə, ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarından buraxma sistemi ilə "Sərsəng” HES istiqamətinə saniyədə 70 m3 su buraxıla bilər. Bundan başqa su anbarının suvarma kilidləri də var. Zərurət olduğu halda meliorasiya məqsədilə anbardan saniyədə 30 m3 su buraxıla bilər. Sərsəng su anbarından şərqə doğru Tərtərlə müqayisədə aşağı axın istiqamətində Madagiz su anbarı yerləşir. Onunla yanaşı olan HES Sovet dönəmində inşa edilib və həmin dövrdə su anbarı kənd təsərrüfatında suvarma məqsədilə də istifadə edilib. 2012-ci ildə "Madagiz-1” və "Madagiz-2” kiçik hidro elektrik stansiyaları istismara verilib. Məlumata görə, Madagiz su anbarının ümumi tutumu 5 mln m3 təşkil edir.
İndi Kür çayında sululuq həddinin kəskin azalması, başqa sözlə desək, qurumasının əsas səbəbləri aydın oldumu?
Əntiqə Rəşid