hemle

QEYRİ-SABİT HAVA NƏ VAXTADƏK DAVAM EDƏCƏK? – AÇIQLAMA

Tarix:23-04-2020, 13:41
Baxış Sayı:445

Sabah paytaxtda gecə və səhər saatlarında küləyin mülayimləşməsi gözlənilir.

Bu barədə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, aprelin 22-dən ölkə ərazisində hava şəraitinin dəyişdiyi müşahidə olunur:

“Əksər dağlıq rayonlarda qar yağır və qar örtüyü əmələ gəlir. Belə hava şəraiti bu gün də davam edəcək. Paytaxtda arabir yağış yağır, bəzi yerlərdə bu yağıntıların intensiv xarakterli olacağı ehtimal edilir. Arabir güclənən şimal-qərb küləyi əsir.

Sabah isə gecə və səhər saatlarında yağış yağacağı, küləyin mülayimləşəcəyi gözlənilir. Aprelin 24-ü, eləcə də 25-i gündüz mülayim cənub küləyinin üstünlüyü müşahidə olunacaq”.

G.Məmmədova onu da bildirib ki, bölgələrdə aprelin 26-dan əsasən yağmursuz hava şəraiti hökm sürəcək:

“Bölgələrdə də bu gün yağış, dağlıq rayonlarda isə qar yağır. Bu hava şəraiti aprelin 25-dək davam edəcək. Aprelin 26-da isə əksər rayonlarda əsasən yağmursuz hava şəraitinin olacağı gözlənilir”.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:04 Ağdaban qətliamından 33 il ötür
09:44 ÜST rəhbərindən qorxunc PROQNOZ: Yeni pandemiya gəlir?
09:40 İnanılmaz kəşf: Okeanlarda plastik yeyə bilən göbələklər var
21:49 Ev "apteçka"sındakı 5 ən təhlükəli dərman AÇIQLANDI
21:44 Sərhəddə nə baş verir? - Tovuz rayonu istiqamətində..
21:42 "Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ
21:39 “Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜST-dən dəhşətli statistika
21:34 David Babayandan daha bir etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da...