hemle

Kürün səviyyəsi minimum həddən aşağı olduğundan çayda 25 adacıq əmələ gəlib - VİDEO

Tarix:12-06-2020, 21:12
Baxış Sayı:438

Təkcə Kürün Salyan rayonu ərazisindən keçən hissəsində çayda suyun səviyyəsi son 10-15 gün ərzində bir metrdən çox azalıb. Çayın səviyyəsi minimum həddən aşağı olduğundan çayda 25 adacıq əmələ gəlib.

Vəziyyətin belə həddə olması su nasoslarına da öz təsirini göstərib. Demək olar ki, su nasosları indiki halda tam gücü ilə işləyə bilmir. Yəni məhsuldarlıq aşağı düşüb.

Kür çayında suyun səviyyəsinin həddən artıq aşağı düşməsi su quyularına da təsirsiz ötüşməyib. Hətta həyətlərdə qazılmış su quyuları da qurumağa başlayıb.

Quyular quruduğundan artıq rayon sakinləri quyu suyundan istifadə edə bilmədiklərini bildirib. Mütəxəssislərin fikrincə, Mingəçevir Su Anbarında
suyun tənzimlənməsi problemi həll olunmayana qədər vəziyyət kritik olaraq qalacaq.
[media=]

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı