hemle

ShareFacebookTwitterOdnoklassnikiEmailVKWhatsApp “İcarədarların əksəriyyəti güzəşt tətbiq edir”

Tarix:19-04-2020, 13:51
Baxış Sayı:313

Koronavirus pandemiyasının yayılması, neft qiymətlərinin kəskin ucuzlaşması ölkədə əksər sahələrə öz təsirini göstərib.
Mövcud durum mənzil bazarına necə təsir edib? Tələbatın aşağı düşməsi mənzil qiymətlərinin ucuzlaşmasına gətirib çıxarıbmı?
Cebhe.info xəbər verir ki, bu suallara “Property” qiymətləndirmə şirkətinin direktoru Pərviz Qulamilə aydınlıq gətirib.1. Mövcud vəziyyət iqtisadi sahələrin əksəriyyətinə öz təsirini göstərib. Bu durum mənzil bazarına necə təsir edib?

- Həm iqtisadi problemlərin yaranması, həm də karantinlə əlaqədar olaraq hərəkət məhdudiyyətlərin tətbiq olunması mənzil bazrına öz mənfi təsirlərini göstərib. Həm vətəndaşların əlində maliyyə resursları azalıb, həm də gediş-gəliş sərbəstliyi yoxdur deyə təlabat aşağı düşüb. Bu durum alıcıların gözləmə mövqeyi tutmasını zəruri edib. Mənzil bazarında cuzi də olsa ucuzlaşma var. Təqribən 2-3 ay əvvəl bəzi yerlərdə 2-3, bəzilərində hətta 10 faizədək artım olmuşdu. İndi isə qiymətlər bundan əvvəlki vəziyyətinə düşüb. 3-5 faiz ucuzlaşma müşahidə olunur.

- Postkoronavirus dövründə mənzil bazarında tələbatın artacağı gözləniləndirmi?

- Bunu indidən proqnozlaşdırmaq çətindir. Çünki bu pandemiya dövrünün müddətindən asılıdır. Əgər bir aydan sonra pandemiya bitərsə, iqtisadi fəallıq bərpa olunarsa, bazarda da vəziyyət stabilləşəcək. Əgər pandemiya 4-5 ay çəkərsə, mənzil bazarının da “özünə gəlməsi” daha uzun müddət tələb edəcək. Bazara təsir göstərən əsas faktorlardan biri də ipoteka krediti ilə satılan mənzillərdir. İlin əvvəlində bu istiqamətdə müəyyən aktivlik yaranmışdı. Son aylar bu proses də ləngiyib. Açıqlama verilib ki, ipoteka kreditləşməsi üçün 90 milyon manat pul ayrılacaq. Vəsait bazara daxil olacaqsa, bu öz təsirini göstərəcək. Prosesin nə vaxtdan başlanacağı isə hələ məlum deyil.

- Hazırkı durumda kirayə bazarında vəziyyət necədir? Şəhər və rayonların arasında gediş-gəlişə məhdudiyyətlərin tətbiq edilməsi təlabatın azalmasına və ucuzlaşmaya yol açıbmı?

- Kirayə bazarında da passivlik var. Daha çox hazırda icarə bazarında müəyyən dəyişiklik yaranıb. O da qiymətlərin ucuzlaşmasında özünü göstərmir. İcarədarların əksəriyyəti güzəşt tətbiq edir. Fəaliyyətini tam dayandıran təşkilatlardan müvəqqəti icarə haqqı alınmır, işləri qismən dayananlardan isə kirayə haqqının yarısı istənilir. Razılaşma əsasında bu proseslər davam edir. Gediş-gəlişin bağlanması daha çox regionlarda kirayə qiymətlərinə təsir edib. Mövsümlə əlaqədar olaraq istirahət üçün rayonlara üz tutanlar yoxdur deyə, kirayə verilən mənzillərin qiymətində enmə var. Ümumiyyətlə, bu bazarın dayandığını demək olar.

Xatirə Nəsirova
Cebhe.info

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı